15 il enerji içkisi içdi , qaraciyər xəstəliyi aşkarlandı
Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
PASİYENT: “ŞOKA DÜŞDÜM”
15 il hər gün enerji içkisi içən qadında qaraciyər xəstəliyi aşkarlandı.
Avstraliyada yaşayan britaniyalı qadın – Lüsi Parker – 15 ildən artıq hər səhərini enerji içkisi ilə başlayırdı. Lakin bu vərdişi onun sağlamlığına ciddi təsir göstərib. Qarın nahiyəsində ağrılar səbəbilə həkimə müraciət edən Lüsi, tibbi müayinədən sonra şok yaşayıb – onda qaraciyərin piylənməsi, yəni qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyi aşkarlanıb. Bu xəstəlik zamanla sirroz, şəkərli diabet, yüksək təzyiq və böyrək problemlərinə səbəb ola bilər.
“Şoka düşdüm. İçki içmirəm, siqaret çəkmirəm, narkotikdən istifadə etmirəm”, – deyə Lüsi bildirib. Onun yeganə zərərli vərdişi isə illərlə davam edən enerji içkilərinə aludəçiliyi olub. Həkimlərin xəbərdarlığından sonra o, enerji içkilərindən tamamilə imtina edib və həyat tərzini dəyişərək sağlamlığını yaxşılaşdırmağa nail olub.
Mütəxəssislər xəbərdarlıq edir ki, enerji içkilərində yüksək miqdarda şəkər və kimyəvi maddələr mövcuddur və onların uzunmüddətli istifadəsi orqanizmə ciddi ziyan vurur.
Saglamolun.Az
Baxış sayı:99
Bu xəbər 20 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















