Icma.az
close
up
RU
15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək

15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Mançester Siti”nin Premyer Liqadan xaric edilməsi ehtimalı İngiltərədə ciddi müzakirələrə səbəb olub.
Apasport.az xəbər verir ki, “Sky Sports”a danışan Premyer Liqanın iki yüksək vəzifəli klub rəhbəri “Siti”nin liqadan çıxarılması üçün lazım olan 15 klubun dəstəyinin toplanacağına inanmadıqlarını bildiriblər.
Onların fikrincə, belə qərar bütün liqa üçün böyük kommersiya itkisi yarada bilər.
Premyer Liqa qaydalarına əsasən, “Mançester Siti”nin yarışdan xaric edilməsi üçün digər klubların dörddə üçünün – yəni 15 klubun səsi tələb olunur. “Sky Sports”un məlumatına görə, bəzi klublar “Siti”nin qlobal kommersiya dəyərini nəzərə alaraq belə addımın televiziya gəlirlərinə, sponsorluq müqavilələrinə və ümumilikdə liqanın cəlbediciliyinə zərbə vuracağından ehtiyatlanırlar.
Bununla yanaşı, fərqli mövqedə olan klublar da var. Onların bir qismi yarışın nüfuzu və idman prinsiplərinin qorunması baxımından “Mançester Siti”yə sərt cəzanın tətbiq edilməli olduğunu düşünür.
Klub üçün mümkün sanksiyalar sırasında cərimə, xal silinməsi, transfer qadağası və Premyer Liqadan xaric edilmə də yer alır.
Qeyd edək ki, müstəqil komissiya “Mançester Siti”ni maliyyə qaydalarının ciddi şəkildə pozulması ilə bağlı ittihamların böyük əksəriyyətində təqsirli bilib. Klub isə ittihamları qəbul etmir və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər” Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm” “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Oktyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri