Icma.az
close
up
RU
15 min qazanıb, 20 min ödəyirlər...

15 min qazanıb, 20 min ödəyirlər...

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycanda heç vaxt müzakirəsi səngiməyən mövzulardan biri müğənnilərin, musiqiçilərin gəlirləridir. Sənətçilərin dəbdəbəli evləri, bahalı avtomobilləri, geyimləri insanların diqqətini çəkir, onların nə qədər qazandığı haqqında müxtəlif suallar yaranır. Xüsusilə, bəzi müğənnilərin toylara 5-15 min və daha yüksək məbləğə getməsindən sonra müzakirələr daha da aktuallaşır.

Bununla yanaşı, müğənnilər kliplərdən, reklamlardan və digər fəaliyyətlərdən də gəlir əldə edirlər.

Bəs sənətçilərin həqiqi qazancı hansı meyarlarla müəyyən edilir? Bəyan edilən gəlirlərlə faktiki gəlirlərin uyğunluğu necə yoxlanılır? Bu prosesdə vergi orqanları hansı mexanizmlərdən istifadə edir?

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, vergi ödəyicisi gəlirlərinin, xərclərinin və vergitutma obyektlərinin uçotunu aparmalı, qanunla müəyyən edilmiş hallarda vergi hesabatlarını təqdim etməli və hesablanmış vergiləri vaxtında ödəməlidir.

Məlumatda vurğulanıb ki, bu öhdəliklərin yerinə yetirilməsi vergi sistemində şəffaflığın və vergi öhdəliklərinin düzgün müəyyənləşdirilməsinin əsas şərtlərindən biridir:

"Vergi Məcəlləsinə əsasən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan və toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almaqla yerinə yetirirlər.

Həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. Qeyd edilən fəaliyyət ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği 20 manatdır.

Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün yuxarıda qeyd olunan aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2;

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1.5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1;

- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0.5".

Qeyd edilib ki, vergilərin düzgün hesablanmasını və tam, vaxtında ödənilməsini təmin etmək üçün vergi orqanları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Bu zaman vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamə və hesabatları təhlil edir. Bununla yanaşı, vergi ödəyicisinin uçot məlumatları, təqdim etdiyi hesabatlar, vergi orqanında mövcud olan digər məlumatlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada əldə edilən məlumatlar vasitəsilə də vergi ödəyicisinin öhdəliklərini düzgün yerinə yetirməsinə nəzarət edilə bilər.

Belə məlumatların təhlili vergi ödəyicisinin bəyan etdiyi gəlirlərin, xərclərin və digər vergitutma obyektlərinin faktiki fəaliyyətinə uyğunluğunun qiymətləndirilməsinə imkan verir. Məlumatlar arasında uyğunsuzluq və ya vergi öhdəliyinin düzgün hesablanmadığını göstərən hallar aşkar edildikdə, qanunvericilikdə nəzərdə tutulan nəzarət və yoxlama mexanizmlərindən istifadə edilə bilər", - məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Oktyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri