Icma.az
close
up
RU
15 yaşa qədər sosial şəbəkə qadağası: Azərbaycanda da mümkündürmü?

15 yaşa qədər sosial şəbəkə qadağası: Azərbaycanda da mümkündürmü?

Icma.az, Olke.az saytına istinadən bildirir.

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın deputatları ölkədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini dəstəkləyiblər.

Fransa Prezidenti Emmanuel Makron da 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması fikrini dəstəkləyib.

“Nəhayət ki, 1 sentyabrdan etibarən uşaqlarımız və yeniyetmələrimiz qorunacaqlar. Mən bunun qayğısına qalacağam”, - o, “X” sosial şəbəkəsində yazıb.

Bu yanaşmanın Türkiyə ilə paralel şəkildə Azərbaycanda da tez-tez gündəmə gəlməsi “belə bir qanun qəbul olunsa, real nəzarət mexanizmi necə qurulacaq?” sualını aktuallaşdırır.

Milli Məclisin deputatı Elnarə Akimova Ölkə.Az-a açıqlamasında bildirib ki, bu cür qadağaların əsas çətinliyi onların kağız üzərində deyil, real həyatda necə işləyəcəyidir.

Onun sözlərinə görə, Fransa və Avstraliya nümunələri göstərir ki, məsələ təkcə yaş həddini qanuna yazmaqla bitmir, əsas yük nəzarət mexanizmlərinin üzərinə düşür:

"Azərbaycan kontekstində də müzakirə məhz bu nöqtədə mürəkkəbləşir. Əgər 15 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qanunla məhdudlaşdırılarsa, ilk nəzarət aləti texniki mexanizmlər olacaq. Yəni sosial platformaların yaş təsdiqi sistemləri daha sərt hala gətirilməlidir. Bu, telefon nömrəsi, şəxsiyyət sənədi və ya valideyn razılığı üzərindən həyata keçirilə bilər. Ancaq reallıq göstərir ki, uşaqlar texniki məhdudiyyətləri aşmaqda kifayət qədər çevikdirlər. Valideynin məlumatları ilə hesab açmaq, yaşı böyütmək və ya alternativ platformalara keçmək riski həmişə qalacaq. Ona görə də təkcə platformalara məsuliyyət yükləmək effektiv nəzarət demək deyil.

İkinci və daha real nəzarət xətti ailə üzərindən qurula bilər. Belə qanunlar faktiki olaraq valideyn məsuliyyətini artırır. Valideyn nəzarət proqramları, uşaqlar üçün ayrıca “uşaq profili” rejimləri və internet provayderlər üzərindən filtrasiya mexanizmləri bu modelin əsas dayaqları ola bilər. Azərbaycanda bu istiqamətdə hüquqi baza yaradılsa da, valideynlərin rəqəmsal savadlılığı hələlik ciddi məhdudiyyət olaraq qalır. Qanun olsa belə, valideyn bu mexanizmlərdən istifadə etmirsə, nəzarət formal xarakter daşıyacaq".

Deputat onu da qeyd edib ki, məktəblərdə telefon istifadəsinin məhdudlaşdırılması isə nisbətən daha asan tətbiq olunan sahədir:

"Burada nəzarət birbaşa məktəb administrasiyasının və müəllimlərin üzərinə düşür. Telefonların dərs vaxtı yığılması, xüsusi dolablarda saxlanması və ya ümumiyyətlə məktəbə gətirilməsinin qadağan edilməsi texniki baxımdan mümkündür. Lakin bu da yalnız məktəb mühiti ilə məhdudlaşır və uşağın dərsdənkənar vaxtlarda sosial şəbəkələrə çıxışını tam aradan qaldırmır.

Türkiyə və Azərbaycan kimi ölkələrdə belə bir qanunun tətbiqində əsas risk onun repressiv yox, simvolik xarakter almasıdır. Yəni qanun qəbul edilir, amma nə texniki infrastruktur, nə də ictimai razılaşma tam formalaşmadığı üçün real təsiri zəif olur. Effektiv nəzarət yalnız cərimə və qadağa ilə deyil, paralel olaraq maarifləndirmə, valideyn təlimləri və məktəblərdə rəqəmsal davranış mədəniyyətinin aşılanması ilə mümkündür.

Azərbaycanda belə bir qanun qəbul olunsa, nəzarət mexanizmi üçtərəfli olmalıdır: platformalar üzərindən texniki məhdudiyyətlər, ailə daxilində valideyn nəzarəti və məktəblərdə institusional qaydalar. Bu zəncirin hər hansı halqası zəif olarsa, qanun faktiki təsir gücünü itirəcək və sadəcə “niyyət bəyanatı” səviyyəsində qalacaq".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Yanvar 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri