15 yaşlı qız dünyaya gətirdiyi körpəni tualetə atdı
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyədə 15 yaşlı qız dünyaya gətirdiyi körpəni tualetə atıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Balıkesir şəhərində baş verib.
Belə ki, Tapu Müdürlüyünün (Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Müdürlüyü) tualetində yeni doğulmuş oğlan uşağı aşkarlanıb. Körpəni aşkarlayan şəxs dərhal təmizlikçilərə xəbər verib. İşçilər uşağı xilas etdikdən sonra polisə müraciət ediblər.
Kamera görüntülərindən məlum olub ki, məktəbli qız dövlət qurumuna atası və nənəsi ilə birgə gəlib. Ailə binaya daxil olarkən onların yanında yeni doğulmuş körpə olmayıb. Qızın tualetdə doğuş etdiyi dəqiqləşib.
Hadisədən sonra gənc ana, onun atası və nənəsi saxlanılıb.
Körpə isə hazırda xəstəxanadadır və ona bütün lazımi yardımlar göstərilir.
Ləman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 13 Yanvar 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















