150 dən çox fələstinli məhbus digər ölkələrə deportasiya ediləcək
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qəzza zolağında atəşkəs sazişi çərçivəsində İsrail həbsxanalarından azad ediləcək 154 fələstinli məhbus digər ölkələrə deportasiya ediləcək.
"Report" xəbər verir ki, bu barədə HƏMAS ilə əlaqəli fələstinli məhbuslarla iş üzrə ofis öz teleqram kanalında məlumat yayıb.
Məlumata görə, ümumiyyətlə, İsraildə ömürlük və uzunmüddətli məhkum edilmiş 250 nəfər azad edildikdən sonra Fələstin ərazilərindən xaricə deportasiya ediləcək. Onların arasında FƏTH və HƏMAS hərəkatlarının, "İslami Cihad" təşkilatının və "Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi" qruplaşmasının tərəfdarları var.

ABŞ mindən çox insanı mövcud olmayan ölkələrə deportasiya edəcək
30 Yanvar 2025 11:26
İtaliya universitetləri 150 dən çox fələstinli tələbəyə təqaüd verib
02 Oktyabr 2025 02:03
ABŞ immiqrantları üçüncü ölkələrə deportasiya edə biləcək
24 İyun 2025 08:53
İlk mərhələdə 737 fələstinli məhbus azad ediləcək
18 Yanvar 2025 09:51
Azad edilmiş səkkiz fələstinli Misirə deportasiya ediləcək
01 Fevral 2025 15:26

