150 milyon avro onun yox, Kilian Mbappenin qiymətidir Ceymi Karrager
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Liverpul"un sabiq müdafiəçisi, hazırda ekspert qismində fəaliyyət göstərən Ceymi Karrager "qırmızılar"ın "Nyukasl"ın isveçli hücumçusu Aleksander İsakı transfer etməyə çalışmalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:
"Liverpul"un Aleksander İsakı transfer etməsini istəyirəm. Amma 150 milyon avro onun yox, Kilian Mbappenin qiymətidir. Mbappeyə görə bu qədər ödəmək olar. Yəni bir azarkeş olaraq "Liverpul"un İsak üçün 150 milyon avro ödəməsinə qarşıyam".
Xatırladaq ki, ötən mövsüm bütün turnirlərdə 42 matça çıxan İsak 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 120 milyon avro ilə dəyərləndirir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 07 Avqust 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















