“150 min, 300 min mükafat alanda deyirdilər ki, ortaya pul qoyun” Rafael Ağayev
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Azərbaycan Karate Federasiyası ilə arasında olan problemdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, Azerisport.com saytına bu barədə açıqlama verib:
“İdmançılar mənə “like” qoyanda maaşların kəsirdilər. Deyirdilər ki, “baxın Rafael çox danışır”. Deyən yox idi ki, düz danışır. Danışmalıyam da, dinləyə yox, sayan yox... Avropa, dünya çempionatı olanda zədəli-zədəli çıxıb döyüşürdüm. Bir gün ayağıma dərman istədim. Mənə bilirsiz nə dedilər? “Sən bizi bezdirmisən” cavabın verdilər.
Amma o iynə mənə lazım idi. Mən onlara demədim ki, maşın alın, ev verin, zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Lakin Avropa Oyunlarında 150 min manat, İslam Oyunlarında 150 min manat, Olimpiya Oyunlarında 300 min manat qazananda dedilər ki, ortaya pul qoyun. Hamıya həmin puldan verəcəyik. Bəs, mən hazırlaşanda “hamı” harda idi?”.
Baxış sayı:28
Bu xəbər 05 Dekabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















