Icma.az
close
up
RU
1500 məktəbi gözləyən reallıq: Müəllimlər və şagirdlər hansı problemlə üzləşə bilərlər?

1500 məktəbi gözləyən reallıq: Müəllimlər və şagirdlər hansı problemlə üzləşə bilərlər?

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Ölkədə 1500 məktəb bağlanacaq" xəbəri sosial şəbəkələrdə və mediada tirajlanaraq cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Valideynlər "uşaqlarımızın taleyi necə olacaq?", müəllimlər "işsiz qalacağıq?" deyə narahatlıq keçirdilər. Elm və təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasını qeyd etdi: "Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də yüzdən az şagird təhsil alır. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir".

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Təbii ki, hər bir yeniliyin proses zamanı müəyyən çətinlikləri də meydana çıxır. "Rasionallaşmanın həyata keçiriləcəyi təqdirdə müəllim və şagirdlər hansı problemlə üzləşə bilərlər" sualı isə həmin məktəblərdə çalışan müəllimlərin taleyi, şagirdlərin bir kənddən digər kənd məktəbinə necə yollanması və s. ilə bağlı əlavə suallar doğurur.

Siniflərdə uşaq sayı azalır

Xaçmaz rayonu, Çarxı kənd orta məktəbin alman dili müəllimi Tavat İsgəndərova bildirir ki, bu xəbəri eşidincə, iş yerlərini itirə biləcəklərinə görə narahatlıq keçiriblər: "Qonşu kəndlərdə məktəblər var ki, orada təhsil 9 illikdir. O məktəblərin 10-11-ci sinif uşaqları gəlib bizim kənddəki iki məktəbdə oxuyurlar. Əsasən də oğlan uşaqları gəlir. Qızlar çox vaxt 9-cu sinifdən sonra dərslərini davam etdirmirlər. Başqa kəndə oxumağa getmək onlar üçün problemə çevrilir. Amma avtobus ayrılsa, bu problem həll olunar. Digər problem ailələrin iş dalıyca Bakıya köçmələridir. Nəticədə siniflərdə uşaq sayı azalır. Həmçinin ailələrdə də uşaq sayının az olması problemi dərinləşdirir".

Cəlilabad rayon Nizami adına şəhər 1 saylı Məktəb-liseyin müəllimi Asya Yusifova etiraf edir ki, yaxın kəndlərdə elə məktəblər var ki, bir sinifdə 5-10 uşaq oxuyur: "Eşitdiyimə görə, rayonda bir neçə kənd birləşib bir məktəbdə dərs keçir. Bir kənddən o biri kəndə getmək, xüsusən ibtidai sinif uşaqları üçün çətinlik törədər". A.Yusifovanın fikrincə, valideynlərin bu məsələdə narahat olmağa haqları olsa da, müəllimlərin narahatlığı əsassızdır: "Müəllimlər MİQ imtahanı verib onlar üçün sərfəli olan məktəbə təyin olunacaqlar. Bununla belə, bir məktəb köçürülərsə, müəllimləri də köçürülür və heç kəs işsiz qalmır. Ancaq uşaqlar üçün çətinlik yarana bilər. Çünki bir kənddən digər kəndə getmək çətinliyi olur".

Daha yüksək səviyyəli təhsil imkanları üçün

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) katibi Günay Əkbərova hesab edir ki, məktəblərin faəliyyətinin rasionallaşdırılması adambaşı maliyyələşmə sisteminə keçidin vacib tərkib hissəsidir: "Bu yanaşma azsaylı şagirdi olan məktəblərə ayrılan böyük vəsaitin daha effektiv və səmərəli şəkildə istifadə edilməsini, şagirdlərin daha yaxşı şəraitdə və yüksək standartlarda təhsil alma imkanlarının genişləndirilməsini hədəfləyir". İŞ katibi bildirir ki, son tədris ilində şagird sayı 10-dan az olan 142 məktəbin fəaliyyəti rasionallaşdırılıb: "Bu proses çərçivəsində bəzi məktəblər birləşdirilib, digərlərinin isə fəaliyyət istiqaməti dəyişdirilib və ya peşə təmayüllü siniflər açılıb. Bu dəyişikliklər daha yüksək səviyyəli təhsil imkanları təmin etmək məqsədi daşıyır". G.Əkbərova hesab edir ki, bu proses mənfi mənada qiymətləndirilməməlidir. Belə ki, illər ərzində insanların yaşayış yerlərinin dəyişməsi, xüsusilə şəhər və rayon mərkəzlərinə köçü nəticəsində bəzi kənd və qəsəbələrdə şagird sayı əhəmiyyətli dərəcədə azalıb. Bu səbəbdən, az şagirdi olan məktəblərin fəaliyyətinin dayandırılması və ya daha sıx əhalisi olan ərazilərdə yeni məktəblərin açılması zərurətə çevrilib: "Düşünürəm ki, rasionallaşdırma prosesində təkcə iqtisadi göstəricilər deyil, eyni zamanda uşaqların və müəllimlərin rifahı, icmanın ehtiyacları və təhsil imkanlarının bərabərliyi kimi meyarlar da nəzərə alınmalıdır. Həmin meyarlardan ən vacibi nəqliyyatın təmin edilməsidir. Şagirdlərin mərkəzləşdirilmiş məktəblərə rahat və təhlükəsiz şəkildə daşınması təmin edilməli, həmçinin texnologiyalardan istifadə edərək distant təhsil variantları genişləndirilməlidir. Bu, xüsusilə ucqar ərazilərdə yaşayan uşaqlar üçün vacibdir". G.Əkbərovanın fikrincə, digər vacib məqam həmin məktəblərdə işləyən müəllimlərə yeni iş yerləri təklif edilməsidir: "Bundan əlavə, yerli icmalar bu prosesə cəlb edilməli, onların ehtiyac və narahatlıqları dinlənilməlidir. Bu, dəyişikliklərin daha asan qəbul edilməsinə kömək edəcək".

Yəqin ki, çıxış yolu tapılacaq...

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova qeyd edir ki, ucqar dağ məktəblərində şagirdlər 5-6-ci siniflərdə oxuyarkən yaxın kəndlərdə olan ümumi və ya tam orta məktəblərə yönəlirlər: "Bu proses onsuz da avtomatik baş verir. İbtidai təhsilini öz məktəbində oxuyub, sonra başqa məktəblərə getməkdənsə, birbaşa digər məktəblərə getmək elə də böyük problem yaratmaz. Çətinlik yol və məsafə baxımından ola bilər, amma məktəblərin birləşdiriləcəyi təqdirdə aralarındakı məsafə və ora gedəcək şagird sayı nəzərə alınacaq. Hesab edirəm ki, nazirlik daha yaxın məsafədə olan məktəblərin birləşdirilməsi ilə bağlı qərar verəcək". Müəllimlərin narahatlığına gəlincə, P.Qədimova hesab edir ki, müəllimlər də digər məktəbə köçürülə bilərlər: "Bu, yerdəyişmə vasitəsi ilə ola bilər. Nazirlik müəllimlərin işsiz qalmasında maraqlı deyil. Bu baxımdan, yəqin ki, optimal bir çıxış yolu tapılacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Dekabr 2024 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see153

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see149

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see142

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see114

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see114

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see113

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri