Icma.az
close
up
RU
1500 tələbə təcrübəyə, 350 məzun işə yönləndirilib Bəhruz Əzimov

1500 tələbə təcrübəyə, 350 məzun işə yönləndirilib Bəhruz Əzimov

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Təhsil Tələbə Kredit Fondunun (TTK) 4 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Fondun fəaliyyətə başladığı dövrdən indiyədək görülən işlər, tələbə kreditləri üzrə göstəricilər, məşğulluq nəticələri və ayrılmış vəsaitlərlə bağlı məlumatlar açıqlanıb.

Hesabat tədbirində çıxış edən TTK-nın İdarə Heyətinin sədri Bəhruz Əzimov bildirib ki, Fondun fəaliyyəti təhsilə çıxış imkanlarının genişləndirilməsinə yönəlib. Onun sözlərinə görə, 2025-ci il üzrə TTK-nın əsas fəaliyyət istiqamətləri tələbə kreditləri, məşğulluq və sosial dəstək mexanizmlərini əhatə edib.

Hesabat tədbirində çıxış edən TTK-nın İdarə Heyətinin sədri Bəhruz Əzimov bildirib ki, Fondun fəaliyyəti təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayır:

"Bu günə qədər əldə etdiyimiz nəticələr göstərir ki, Təhsil Tələbə Kredit Fondu artıq yalnız maliyyə dəstəyi mexanizmi deyil, eyni zamanda sosial ədalətin və bərabər imkanların təmin olunmasına xidmət edən institusional platformadır".

Onun sözlərinə görə, 2025-ci il üzrə TTK-nın əsas fəaliyyət istiqamətləri, tələbə kreditləri, məşğulluq göstəriciləri və ayrılmış vəsaitlər üzrə əhəmiyyətli nəticələr əldə olunub. Hesabat dövründə 50 000-ci tələbə kredit müqaviləsi rəsmiləşdirilib. Yubiley müqaviləsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təhsil alan tələbə ilə bağlanıb. Bəhruz Əzimov qeyd edib ki, bu göstərici regionlarda təhsilə çıxış imkanlarının real şəkildə genişləndiyini göstərir.

Sədr əlavə edib ki, TTK çərçivəsində 6 istiqamət üzrə istehsalat təcrübə proqramları təşkil olunub və bu proqramlara 50-dən çox gənc cəlb edilib. Eyni zamanda, Fondun könüllü proqramlarında indiyədək 275 nəfər gənc iştirak edib.

İşəgötürənlərlə əməkdaşlığın da genişləndirildiyini bildirən B.Əzimov vurğulayıb ki, 9 təhsil müəssisəsi, 7 dövlət qurumu və 19 özəl şirkət ilə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində 1 527 tələbə müxtəlif təlim proqramlarına cəlb olunub, 1 500 nəfər təcrübəyə yönləndirilib, 350 məzun isə işlə təmin edilib.

Təqdim olunan statistikaya əsasən, TTK üzrə indiyədək ayrılmış ümumi vəsaitin həcmi 64,25 milyon manatı ötüb. Kreditlərin əsas hissəsi standart TTK, qalan hissəsi isə sosial TTK üzrə verilib. Kredit alanlar arasında qadınların payının üstünlük təşkil etdiyi diqqətə çatdırılıb.

Bəhruz Əzimov bildirib ki, iqtisadi rayonlar üzrə kreditləşmə göstəriciləri də təhlil olunub və ən yüksək göstəricilər Bakı, Abşeron və Gəncə-Daşkəsən iqtisadi rayonlarının payına düşür. Onun sözlərinə görə, Fond regionlar üzrə balanslı kreditləşmə siyasətini növbəti illərdə də davam etdirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri