16 il sonra yeni duet, yeni klip!
Icma.az, Olay.az portalına istinadən məlumat verir.
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz ediblər.
OLAY yazır ki, ən arzulanan duet ortaqları “Gəlirəm” adlı mahnı və klipi sevənlərinin ixtiyarına veriblər.
Sevgidən bəhs edən mahnının sözləri və musiqisi Namiq Qaraçuxurluya məxsusdur. Duet illər öncəki nostalji hissləri yenidən canlandırıb.
Klipin rejissoru Delee Orucludur. Bir neçə məkanda lentə alınan ekran işində Aygün və Namiq üç fərqli obrazda kamera qarşısına keçiblər.
Klipin ən çox diqqət çəkən məqamlarımdan biri isə pop divanın gəlinlik libasında görüntülənməsi olub.
Estrada ulduzu Aygün Kazımova və söz ustadı Namiq Qaraçuxurlunun “Gəlirəm” klipinin obrazları üzərində dünya şöhrətli modelyer-dizayner Rüfət İsmayıl və stilist Ruxa çalışıb.
Yeni duet bütün musiqi platformalarında təqdim edilib.
Mahnının aranjimani Rasim Əsgərov və Dahin Malikə aiddir.
Qeyd edək ki, Aygün və Namiqin bir neçə gün əvvəl gözlənilmədən anons paylaşması sevənləri üçün əsil sürpriz olub və ölkə gündəmini zəbt edib.
Baxış sayı:69
Bu xəbər 04 Sentyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















