Icma.az
close
up
RU
16 yaşadək uşaqlara sosial şəbəkə qadağası tətbiq edildi

16 yaşadək uşaqlara sosial şəbəkə qadağası tətbiq edildi

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avstraliya hökuməti internet təhlükəsizliyi ilə bağlı misilsiz addım ataraq 16 yaşdan aşağı istifadəçilər üçün sosial şəbəkələri tam qadağan edib. AzPost xəbər verir ki, yeni qaydalar 2025-ci il dekabrın 10-dan qüvvəyə minəcək və bu qərar dünyanın ən sərt rəqəmsal məhdudiyyətlərindən biri hesab olunur.

Qanuna əsasən, qadağa Facebook, Instagram, TikTok, Snapchat, YouTube, X (keçmiş Twitter), Threads, Reddit və Kick kimi doqquz iri platformaya şamil olunur. Şirkətlər həm yeni qeydiyyatları bloklamalı, həm də 16 yaşdan kiçik istifadəçilərin mövcud hesablarını deaktiv etməlidirlər.

Qaydaları pozan şirkətləri 49,5 milyon Avstraliya dollarınadək cərimə gözləyir. İcra nəzarəti eSafety (Elektron Təhlükəsizlik Komissarlığı) qurumuna tapşırılıb. Maraqlıdır ki, yaş təsdiqi üçün pasport və ya şəxsiyyət sənədi yoxlanmayacaq — platformalar istifadəçinin davranışı, aktivlik nümunələri və süni intellekt əsaslı alqoritmlər vasitəsilə yaşı müəyyənləşdirməlidirlər.

Qadağa WhatsApp, Discord kimi messencerlərə və YouTube KidsGoogle Classroom kimi uşaq və təhsil məqsədli xidmətlərə şamil edilmir.

Meta, TikTokSnapchat artıq yeni qaydalara uyğunlaşmağa başlayıblar. Məsələn, Meta 450 min, TikTok isə 200 min yeniyetmə hesabını bağlayacağını açıqlayıb.

Avstraliyanın rabitə naziri Anika Uells bildirib ki, məqsəd uşaqları cəzalandırmaq deyil, sosial şəbəkələri “uşaqları qoruyan, yoxsa asılı edən alətlər” kimi istifadə etməyə məcbur etməkdir.

Yeni qərar beynəlxalq miqyasda da rezonans doğurub. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avstraliyanın təşəbbüsünü “ağlın səsi” adlandıraraq, bu təcrübənin Avropada da nəzərdən keçiriləcəyini istisna etməyib.

Bununla belə, 140-dan çox alim və hüquq müdafiəçisi xəbərdarlıq edib ki, sərt məhdudiyyətlər yeniyetmələri gizli, nəzarətsiz platformalara yönəldə bilər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Noyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri