Icma.az
close
up
RU
16 yaşdan kiçik uşaqlara sosial mediadan istifadə qadağası gəldi

16 yaşdan kiçik uşaqlara sosial mediadan istifadə qadağası gəldi

Dünyada ilk dəfə olaraq Avstraliya hökuməti 16 yaşından kiçik uşaq və gənclərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

SİA xəbər verir ki, 2025-ci ilin sonundan etibarən qüvvədə olacaq qanuna əsasən, 16 yaşından kiçik hər kəsin öz psixi sağlamlığını və rifahını qorumaq üçün sosial media platformalarından istifadəsinin qarşısı alınacaq.

Sosial media şirkətləri 16 yaşdan kiçikləri platformalarından kənarda saxlamaq üçün “ağlabatan addımlar” atmasalar, 50 milyon Avstraliya dollarına qədər cərimələnəcəklər. Qaydaları pozan yeniyetmə və valideynlər üçünsə heç bir cəza nəzərdə tutulmayıb.

“Mesajlaşma proqramları”, “Onlayn oyun xidmətləri” və “İstifadəçilərin sağlamlığına və təhsilinə dəstək verən xidmətlər” qadağanın əhatə dairəsinə daxil edilməyib. Platformaya girmək üçün istifadəçilərin daxil olmasını tələb etməyən “YouTube” kimi saytlar da qadağaya məruz qalmayacaq.

seeBaxış sayı:46
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri