Icma.az
close
up
RU
16 yaşında ərə getdi, 27 il tənha yaşadı… KONKRET

16 yaşında ərə getdi, 27 il tənha yaşadı… KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

KONKRET.az Əməkdar artist Zöhrə Abdullayeva haqqında maraqlı faktları təqdim edir:

Zöhrə Abdulla qızı Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. O, Azərbaycan Texnologiya universitetini bitirib. Ustad sənətkarlardan fərdi muğam sənətindən dərs alıb – Sara Qədimova, Əbülfət Əliyevdən, Münəvvər Kələntərlidən. İlk müəllimi Rəhilə Həsənova olub. Qaqarin adına Pionerlər Evinə gedən balaca Zöhrəni Rəhilə Həsənova “Sazlı qızlar ansamblı”na aparmışdır. Peşəkar səhnəyə isə İslam Rzayev gətirib.

Əvvəl “Lalə qızlar anasmblının”, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Onların birgə on iki silsilə dueti olub. Bu mahnıların hamısının söz və musiqilərini Məmmədbağır müəllim yazıb. Onlar birgə “Həccə gedirəm”, “Gəlin gəlir evimizə”, “Bağban, ay bağban”, “Şuşa maralı” kimi mahnılar ifa edib.


Zöhrə xanım bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib.

Məmmmədbağır Bağırzadə ilə duet oxuduğuna görə onlar haqqında müxtəlif şayiələr gəzir. Hətta onların vətəndaş nikahında yaşadığı deyilir. Lakin, müğənni bunlara etiraz edərək deyir:

“Məmmədbağırın öz sevgilisi var idi və həmin xanımla indi də yaxınam. O, dünyasını dəyişəndə əli onun əlində idi. Məmmədbağır mənə qardaşım əvəzi olub. O qədər doğmaydıq ki… O, mənim ağzımın çörəyi idi. Məmmədbağır böyük şəxsiyyət olduğuna görə heç vaxt “bacı” dediyi adama pis gözlə baxmazdı. O qadınla iyirmi il yaşadı..”

Zöhrə xanım dünyanın otuz ölkəsində Azərbaycan musiqisin tərənnüm edib. 1985-ci ildə “İstedadlar axtarılır” müsabiqəsinin qalibi olub. 2000 ci ildə Bağdadda, İraqda Babil festivalının diplomuna laiq görülüb. Bu illər ərzində isə çox diplomlara layiq görülüb.

Zöhrə xanım inanclı insan olub. Həcc ziyarətində olub. Əvvəllər namaz qılıb, oruc tutsa da, sonradan işlərinin çoxluğundan buna imkan tapa bilmədiyini deyib.

O, Allaha inandığı qədər, həm də, kəm gözlərə, caduya inanırmış. Müsahibələrinin birində bu haqda deyir: “Caduya həm inanıram, həm də yox. Bir dəfə evdə neylon pərdəmdə 5 barmaq izi gördüm. Onu nə qədər yudum, ağardıcılara da, xlora da qoydum, ləkələr getmədi. Amma mən o evdə yaşayanda ruzim da yox idi, işlərim də çətin gedirdi. Sonra biz o pərdəni atdıq. Və onu küçə təmizləyən götürdü. İnanırsınız, onun da işləri çox pis oldu. Bahalı da pərdə idi, dedi Zöhrə xanım, bu pərdəni niyə atmısınız? Dedim ki, ipdən düşüb. O qaytarmaq istədi, amma mən götürmədim. Sonra eşitdim ki, yazıq arvad bir günlərə qalıb ki… Özü süpürgəçi idi, amma sonra çox ağır günlərə düşdü. Gördüm yazığı, dedim o pərdəni tulla. Bir yaxın qohumumuz var idi. O gəlib gedirdi bizə. Bəlkə də o idi. Çünki insanların daxilini bilmək olmur. Biz evimizi dəyişəndə, mən yataq dəstimi qardaşımın ailəsinə bağışladım. İnanmazsınız, döşəyi qaldıranda, orada yağın içində bir qıfıl çıxdı. Mən onda anamla yatırdım, rəhmətlik. Mənə elə gəlir ki, bəlkə də mənim anamı elə o yağ apardı. Təsəvvür edin, yatdığımız vaxtda, gecə saat 3-də ikimizin də ayağımızdan elə bil dartdılar. Sən demə, orada qıfıl var imiş. Anamı cadu öldürdü.”

Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurub. Bu evlilikdən onun İsrafil adlı oğlu olub. Müğənni öz bacısı qızını oğluna alır.

Birinci evliliyindən sonra müğənni heç vaxt ailə qurmayıb. O, müsahibələrinin birində bu barədə deyir:

“Mənim şəxsi həyatım yoxdur. Nəvələrimlə, oğlumla sevinirəm. Yaxşı ki, Allah-Təala onu mənə ağıllı verib. Çox təvazökar, müdrik, namuslu gəlinim var. Bu barədə çox bəxtəvərəm. Amma iyirmi altı ildir təkəm. Ən gözəl illərimi tək qaldım. Dul qalmaq istəməzdim. Kim istəyər ki, əri ölsün, tənha qalsın? Amma mənə layiq insan olmadı.


Müğənninin oğlu 24 may 2018-ci ildə beyin xərçəngi xəstəliyindən 47 yaşında vəfat edir. Onun bir qızı, bir oğlu qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 May 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri