Icma.az
close
up
RU
16 yaşlı Mokyo Niderland futbolunun tarixinə düşdü!

16 yaşlı Mokyo Niderland futbolunun tarixinə düşdü!

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 13-də Avropa Liqasının (AL) pley-offuna start verildi. Bu mərhələnin ilk 8 oyunu keçirildi.

Xatırladaq ki, vahid liqa mərhələsində “Latsio”, “Atletik”, “Mançester Yunayted”, “Tottenhem”, “Ayntraxt” (Frankfurt), “Lion”, “Olimpiakos” və “Reyncers” ilk 8 yeri təmin etməklə birbaşa 1/8 finalda oynamaq hüququ qazanıb. Reqlamentə əsasən, mübarizəni yekun cədvəlin 9-24-cü yerlərində başa vuran 16 komanda - “Bude/Qlimt”, “Anderlext”, FKSB, “Ayaks”, “Real Sosyedad”, “Qalatasaray”, “Roma”, “Viktoriya” (Plzen), “Ferentsvaroş”, “Portu”, “Alkmaar”, “Midtüllann”, “Yunion”, PAOK, “Tvente” və “Fənərbaxça” isə pley-offda iştirak edir. Bu mərhələdə iki oyunun nəticəsinə əsasən rəqibini üstələyəcək 8 komanda 1/8 finala çıxacaq.
"Football-plus.az" xəbər verir ki, ilk matçlarda qeydə alınan nəticələrdən sonra “Real Sosyedad”, “Fənərbaxça”, “Ayaks”, FKSB, “Alkmaar”, “Ferentsvaroş” və “Tvente” az-çox üstünlük qazandı. Danimarkada keçirilən oyunun ilk yarısı çox baxımlı alındı. Yerli “Midtüllann” daha çox hücum etsə də, qapıya “Real Sosyedad”ın oyunçuları yol tapırdı. Əvvəlcə cərimə meydançasında kobudluğa məruz qalan Mendes penalti ilə hesabı açdı. O, 20 dəqiqə sonra Kuboya məhsuldar ötürmə verməklə matçın qəhrəmanı oldu. Ruhdan düşməyən meydan sahibləri hücumları davam etdirərək fasilə ərəfəsində qollardan birinin əvəzini çıxdılar. İkinci hissədəki futbolu izləməyə dəyməzdi. Hazırda yalnız avrokubokda çıxış edən danimarkalıların fiziki cəhətdən yorulması, ispaniyalıların isə vaxtı uzatmağa üstünlük verməsi 1:2 hesabının dəyişməməsinə şərait yaratdı.
Qitənin 5 aparıcı liqasından pley-offda çıxış edən ikinci komanda da səfərdə qənaətbəxş nəticəyə nail oldu. Hazırda problemli dövrünü yaşayan “Portu” evdə “Roma” ilə görüşdən əvvəl keçirdiyi 8 oyundan yalnız birində qələbə qazana bilmişdi. Portuqaliya komandasının baş məşqçi vəzifəsinə yenicə təyinat alan Martin Anselminin heyətlə bağlı çətinlikləri vardı. Klub yanvarda “əjdahalar”ın üç ən yaxşı bombardirindən ikisini – Qaleno ilə Niko Qonsalesi satmış, onların yerinə layiqli oyunçular ala bilməmişdi. Martin Fernandeş ilə Qruiçin zədələnməsi də romalılarıın işinə yaradı. Klaudio Ranyerinin təyinatından sonra bir qədər özünə gələn İtaliya komandası fasiləyə az qalmış müdafiəçi Çelik ilə hesabı açdı. “Portu”nun gücü yalnız cavab qolunu vurmağa çatdı. Ev sahibləri hətta Kristantenin 72-ci dəqiqədə meydandan qovulmasından da yararlana bilmədilər. 1:1 ilk matçlarda qeydə alınan yeganə heç-heçə hesabı oldu.
“Ayaks” rəqib meydanında daha sərfəli nəticəyə nail oldu. Amsterdamlılar Belçikadakı matçın bərbad qazonuna uyğunlaşmaq üçün bir hissə əziyyət çəkdilər. Fasilədən sonra qapıya iki dəfə yol tapan Françesko Fariolinin komandası 1/8 finala vəsiqə qazanmaq şansını artırdı. Qeyd edək ki, 16 yaş 350 günlüyündə matçda son nöqtəni qoyan yarımmüdafiəçi Mokyo Niderland futbolunun tarixinə qitə kuboklarında ən yeniyetmə qol müəllifi kimi düşdü!
pley-off, ilk oyunlar
Midtüllann (Danimarka) – Real Sosyedad (İspaniya) 1:2

Buksa, 38 – Mendes, 11-p. Kubo, 31.
Real Sosyedad: Marrero, Aramburu, Elustondo, Paçeko (Agerd, 46), Balda (X.Lopes, 24), Olasaqasti (Subimendi, 46), Mendes, Barreneçea (S.Qomes, 46), Kubo, Oskarsson (Oyarsabal, 74), Marin.
Portu (Portuqaliya) – Roma (İtaliya) 1:1
Moura, 67 – Çelik, 45+5.
Roma: Svilar, Anxelinyo, Çelik, Mançini, Ndika, Kone (Pizilli, 46), Kristante, Lorenso Pelleqrini (Sule, 67), Dibala (Baldantsi, 39), Salemakers (Əl-Şaaravi, 46), Dovbik (Paredes, 75).
Yunion (Belçika) – Ayaks (Niderland) 0:2
Rasmussen, 59. Mokyo, 71.
Ayaks: Pasveer, Roza (Qaay, 72), Ruqani (Şutalo, 46), Baas, Hato, Mokyo, Fits-Cim (Teylor, 72), Klassen, Berqheys (B.Traore, 83), Rasmussen (Qodts, 83), Edvardsen.
Ferentsvaroş (Macarıstan) – Viktoriya (Plzen, Çexiya) 1:0
Abu-Fani, 23.
PAOK (Yunanıstan) – FKSB (Rumıniya) 1:2
Samatta, 22 – Georqita, 50. Dava, 60.
Tvente (Niderland) – Bude/Qlimt (Norveç) 2:1
Eltaef, 5. Van Volfsvinkel, 90+5-p. – Berq, 85.
Fənərbaxça (Türkiyə) – Anderlext (Belçika) 3:0
Tadiç, 11. Ceko, 42. Ən-Nəsiri, 57.
Alkmaar (Niderland) – Qalatasaray (Türkiyə) 4:1
Meynans, 12. Perrott, 37-p. Klasi, 57. Volfe, 66 - Şallai, 20.
Cavab oyunları fevralın 20-də keçiriləcək.

Bombardirlər: Əl-Kaabi (Olimpiakos) - 7, Varqa (Ferentsvaroş) - 6, Akgün, Osimhen (hər ikisi “Qalatasaray”), Ən-Nəsiri (Fənərbaxça), Omorodion (Portu), Höylunn (Mançester Yunayted) - 5.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Fevral 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri