16 yaşlı qızını məhkəməyə verdi, həbs qərarı verildi
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli keçmiş model Dəniz Akkaya 16 yaşlı qızı Ayşədən prokurorluğa şikayət edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, model qızının onu eyvana kilidlədiyini iddia edib. İstanbul 1-ci Uşaq Məhkəməsi Ayşəni "şəxsi azadlıqdan məhrum etmə" maddəsi ilə 2 il həbs cəzasına məhkum edib. Lakin yaşının az olması səbəbindən cəza 10 aya endirilib və hökmün elan olunması təxirə salınıb. Qərarla Ayşe 3 il müddətində nəzarət altında saxlanılacaq.
Akkaya bununla bağlı paylaşım edərək yazıb:
"Təvazökarlıq göstərməyəcəyəm. 15 ildir ki, öz valideynlərimin mənə göstərmədiyi həm maddi, həm də mənəvi bütün diqqət, şəfqət, fövqəlbəşəri dəstəklərlə təkbaşına böyütmüşəm. Üstəlik bu iyrənc adamın mobbinqinə məruz qalmışam. Ədalətin sorğu-sual olunduğu dövrlərdən keçirik. Bu qərarla mənə qadın ləyaqətimi qaytaran hakimlərə və prokurorlara təşəkkür edirəm".
Qeyd edək ki, Dəniz bir müddət əvvəl 16 yaşlı qızı Ayşəyə qarşı zorakılıqda ittiham olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 27 Mart 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















