16 yaşlı yeniyetmə 5 kitabın müəllifidir Bakı məktəbində vunderkind oxuyur
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün 323 nömrəli tam orta məktəbdə Debat Klubunun təşkilatçılığı, məktəb rəhbərliyi və peşəkar psixoloq Vüsalə Əmiraslanovanın iştirakı ilə şagirdlər üçün genişmiqyaslı "İmtahan qabağı stressin idarə olunması" seminarı keçirilib.
Bu barədə BAKU.WS-ə həmin məktəbin şagirdi Hüseyn Məmmədov məlumat verib.
Bildirilib ki, tədbir məktəb tarixində şagird təşəbbüsü ilə reallaşan ilk peşəkar layihədir. Layihənin məqsədi şagirdlər arasında mütaliəyə marağını artırmaq və gənclərin öz potensiallarını kəşf etməsinə dəstək olmaqdır.
9-cu sinif şagirdi olan Hüseyn Məmmədov həmçinin bildirib ki, o 5 kitabın müəllifidir.
"Kiçik yaşlarımdan ədəbiyyat və ictimai fəaliyyətlə aktiv məşğul oluram. Hazırda 5 kitabın (o cümlədən "Bəşəriyyətin sonu" və "Kölgələrin çağırışı" romanlarının) müəllifiyəm. Yaradıcılığımda əsasən gənclərin daxili dünyası, psixologiya, dram və fantastika janrlarına üstünlük verirəm", - deyə şagird vurğulayıb.
Qalereya
Baxış sayı:284
Bu xəbər 02 Aprel 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















