16cı tur başlayır: Qarabağ Sabaha qarşı
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Əvvəlcə “Səbail” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər. Bayılda keçiriləcək oyunda sonuncu pillədə qərarlaşmış meydan sahibləri cari mövsümün sürpriz komandasından xal və ya xallar almağa çalışacaqlar.
Günün digər oyunu “Sabah”la lider “Qarabağ” arasında keçiriləcək. Ağdam klubu zirvədəki mövqeyini qorumağa, Masazır təmsilçisi isə çempiondan xal almağa çalışacaq.
“Kəpəz” – “Zirə” və “Sumqayıt” – “Neftçi” oyunları sabah, “Turan Tovuz” – “Şamaxı” matçı dekabrın 9-da keçiriləcək.
Azərbaycan Premyer Liqası, 16-cı tur
7 dekabr
15:00. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.
“ASCO Arena”.
18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
“Bank Respublika Arena”.
8 dekabr
16:00 “Kəpəz” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu.
18:00 “Sumqayıt” –“Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
9 dekabr
19:00 “Turan Tovuz”– “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev
Tovuz şəhər stadionu.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















