17 ci əsrə aid məscidin imamı: Soyuqdan dayanmaq olmur, damdan su axır
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Qaxın İlisu kəndində yerləşən 17-ci əsrə aid Ulu məscid və qədim məzarlıq kompleksi baxımsız vəziyyətdədir.
Məscidin tavanı yararsız hala düşüb, divarları isə çatlayıb. Eləcə də yaşı əsrlərlə ölçülən dövrün görkəmli din və elm xadimlərinin, İlisu sultanlarının məzarları məhv olmaq üzrədir.
"Soyuqdan məsciddə dayanmaq olmur. İçəriyə damdan su axır. Bura tarixi abidə hesab edilirsə, bərpa edilməlidir", - deyə məscidin imamı Elman Xəlilov narazılığını bildirib.
Başqa bir kənd sakini Rafael Məmmədov isə deyir ki, burada olan məzarların bəzisi xeyirsevər vətəndaş tərəfindən təmir edilib. Lakin digər məzarların da bərpaya ehtiyacı var.
Ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:Çexiyada 17 nəfər soyuqdan ölüb
28 Yanvar 2026 19:29
İspaniyada 17 ci əsrə aid unikal tablolar tapıldı
25 May 2026 16:06
Polşada 17 ci əsrə aid taxta kilsə yanıb
16 Avqust 2026 15:40
Xəstəliklər soyuqdan yaranır?
20 Yanvar 2026 10:10
İtaliyada yanğın 17 ci əsrə aid monastırı məhv etdi
13 Oktyabr 2025 11:45
Baxış sayı:140
Bu xəbər 22 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















