Icma.az
close
up
RU
17 dekabr Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır

17 dekabr Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.

Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətlərinə nəzər salırıq.

Xatırladaq ki, dövlətimizin başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddətdə nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatların uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

Qısa müddətdə MSN tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, Azərbaycanda "ADEX" adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrilib. 2022-ci ildə Bakıda IV Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgiləri keçirilib. Həmin sərgilərdə dünyanın 30-a yaxın ölkəsindən 200-dən çox şirkət iştirak edib. Müasir silah və texnikanın nümayiş olunduğu genişmiqyaslı tədbir Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilib. Sərgilərdə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar, ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən MSN-in birlik və müəssisələrinin 179 adda məhsulu nümayiş olunub.

Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən düzgün aparılmış işlər nəticəsində nazirliyin müəssisələrində istehsal edilmiş ümumi məhsul həcminin çoxunu ixraca yönəltmək mümkün olub.

Azərbaycanın müdafiə sənayesi məhsullarının böyük sınağı otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi idi. Bu haqq savaşında MSN-in istehsalı olan müasir silah-sursatın, pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi tarixi Qələbənin qazanılmasında əhəmiyyətli rol oynayıb. Azərbaycan Vətən müharibəsindən qazandığı şanlı Zəfərdən sonra ilk dəfə 2022-ci ildə keçirilən IV ADEX sərgisində daha müasir silahlarını təqdim edib. Sərgidə nazirliyin müəssisələrində istehsal edilən yeddi növ yeni pilotsuz uçuş aparatı nümayiş olunub. Bu pilotsuz uçuş aparatları Vətən müharibəsində özünü yüksək səviyyədə doğruldub. Kamikadze "İti qovan" məşhur pilotsuz uçuş aparatı, eləcə də "Aerostar" və "Orbiter-4" də sərgidə göstərilən məhsullar sırasında olub. MSN-in açıq havada olan ekspozisiyasında yeni "Gürzə" avtomobilləri, eləcə də modernizə olunmuş transportyor nümayiş olunub.

Ötən il noyabrın 22-dən 25-dək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində "SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərgi keçirilib.

Bu il sentyabrın 24-26-da Bakıda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilib. Sentyabrın 24-də Prezident İlham Əliyev "ADEX-2024" və "Securex Caspian" sərgilərini ziyarət edib. Prezident İlham Əliyev əvvəlcə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxıb. Sərgidə fəal iştirak edən "Azərsilah"a məxsus pavilyonda ziyarətçilərə PUA, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, avtomatik top, zirehli gödəkcələr, aviabombalar, təlim simulyatorları, müxtəlif növ atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, müxtəlif növ mərmilər, zirehli dəbilqə və zirehli gödəkcələr, optik nişangah və cihazlar təqdim olunub.

Sərgilər zamanı MSN və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şirkətlər arasında sənədlər, MSN-in tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC ilə Azərbaycan Müdafiə Nazirliyi arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair anlaşma memorandumu imzalanıb, bir çox mövzularda panel müzakirələr olub.

Sərgilərdə, həmçinin ziyarətçilər Bakı Ekspo Mərkəzinin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxıblar. Tədbirdə ilk dəfə öz stendi ilə təmsil olunan Müdafiə Nazirliyi tərəfindən müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizat vasitələri, zirehli texnikalar nümayiş etdirilib. Sərgilərdə MSN-in müəssisələrində yaradılan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla 193 adda müdafiə təyinatlı məmulat təqdim olunub.

Ümumiyyətlə, "ADEX" və "Securex Caspian" sərgiləri məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaratmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, növbəti - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin 2026-cı ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur. Bütün bunlar Azərbaycanın müdafiə qabiliyyətinin inkişaf etdirmək əzmini nümayiş etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri