17 saat sonra reys ləğv olundu İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Londondan Meksikaya uçan təyyarə iki sərnişinin tualetdə siqaret çəkməsi və özlərini “sərxoş” kimi aparması səbəbindən ABŞ-da məcburi eniş edib. Daha sonra uçuş həmişəlik ləğv edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə çərşənbə günü baş verib. Təyyarə uçuşunu dayandıraraq ABŞ-ın Men Beynəlxalq Hava Limanına enib. Ekipajın sözlərinə görə, havaya qalxdıqdan təxminən dörd saat sonra iki sərnişin siqaret çəkərkən yaxalanıb. Onlar sərxoş kimi görünüblər. Eniş saat axşam saatlarında baş verib. Hər ikisi enişdən dərhal sonra təyyarədən çıxarılıb.
Ancaq bu, qalan sərnişinlər üçün problemlərin yalnız başlanğıcı olub. İnsanlar təxminən beş saat təyyarədə qalmalı olublar. Sonra kapitan onlara uçuşun tamamilə ləğv edildiyini bildirib. Səbəb ekipajın icazə verilən iş vaxtını aşması olub. Uçuşun davam etdirilməsi üçün yeni növbə lazım imiş.
Sərnişinlərdən biri 15 saatdan çox hava limanında gözlədiklərini deyib. Nəticədə, alternativ reys ertəsi günə, təxminən saat 15:00-a qədər Mendən qalxmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 11 İyul 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















