Icma.az
close
up
RU
17 yaşında söyüşə görə qatil oldu

17 yaşında söyüşə görə qatil oldu

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Şəmkir rayonunda 17 yaşlı oğlan həmyaşıdını qətlə yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 2024-cü ilin oktyabrın 1-də baş verib. Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü Ayxan həmyaşıdı Əli (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisə zamanı Ayxan özündə olan bıçaqla Əliyə zərbələr vuraraq qətlə yetirib.
Ayxanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şəmkir rayonunun kəndində yaşayıb, 9-cu sinifdən sonra orta məktəbi yarımçıq qoyub:
“Əli ilə qonşu, uzaq qohumum və məktəb yoldaşı olmuşuq. Günün çox hissəsini dostum Əli ilə keçirmişəm, yaxın dostluq münasibətində olduğumuz üçün aramızda zarafatlarımız olsa da, söyüşlə zarafat etməmişik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü il sentyabrın 30-da, günorta Əligilin yaşadığı evin qarşısında daşların üstündə oturaraq tum çırtlayıb, söhbət ediblər:
“Zarafatyana tumu götürərək Əlinin üzünə atdım. Atdığım tum onun gözünə dəydi. Əli əsəbiləşərək yerdən daş götürdü və mənə tərəf atdı. Daş mənə dəymədiyi üçün yenidən daş götürərək arxamca qaçmağa başladı. Mən qaça-qaça Əliyə zarafat etdiyimi desəm də, o, məni nalayiq ifadələrlə təhqir etdi. Özümü və ailə üzvlərimi söydü”.
Ayxanın ifadəsinə görə, səhəri gün söhbət etmək məqsədilə kəndlərində yerləşən orta məktəbin qarşısına gedəndə Əlini orada görüb:
“Əli yenə əsəbi halda “ötən gün mənimlə niyə o cür zarafat edirdin?” deyərək özümü və ailə üzvlərimi ağır təhqir etdi. Ona zarafat etdiyimi və ailə üzvlərimi təhqir etməməsini dedim. Əli əsəbi şəkildə həmin gün, axşam saat 19:00-da kənddə “ikinci küçə”nin yaxınlığına gəlməyi və söhbətin orada həll olunacağını dedi. Mən də onunla razılaşaraq gələcəyimi dedim. Yaşadığım evə gedərək mərhum babamdan yadigar qalmış bıçağı götürdüm və axşamüstü Əli ilə görüşmək üçün dediyi yerə tərəf getdim. Yolda dostum Aqili də götürdüm. Birinci küçənin başında Əli ilə qarşılaşdım və ikinci küçəyə tərəf getdik. Əliyə yaxınlaşaraq etdiyimiz hərəkətlərə görə bir-birimizdən üzr istəyib, söhbəti bağlamağı təklif etdim. O isə razılaşmadı və söhbət vaxtı yumruqla sinəmə vurdu. İkinci dəfə üzümə vurmaq istəyəndə onu özümdən itələyərək uzaqlaşdırdım. Bu zaman Əli təpiklə qarnıma vurdu”.
Təqsirləndirilən şəxs deyib ki, Əli onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər deyəndə onları aralamağa çalışan Aqilin əlindən çıxıb:
“Bu zaman şalvarımın sağ arxa cibindən bıçağı çıxararaq Əlinin sol döşünə bir dəfə zərbə vurdum. Bıçaqla vuranda Əli əlləri ilə gözlərini tutdu və bir neçə metr asfalta tərəf gedərək yerə yıxıldı. Mən və Aqil Əliyə kömək üçün yaxınlıqdakı evin qapısını döyməyə başladıq. İçəridən qadın “kimsiz” soruşanda Aqil ona bir nəfər şəxsin bıçaqlandığını və kömək lazım olduğunu bildirdi. Sonra Aqil ilə birlikdə oradan çıxaraq məktəb istiqamətində getdik. Bir qədər getdikdən sonra bıçağı yol kənarındakı bağa tərəf atdım. Məktəbin yanına çatanda Cəmil adlı tanışım qabağıma çıxdı. Ona telefon lazım olduğunu, atam ilə danışmaq istədiyimi dedim. Cəmilin telefonu ilə atama zəng edərək Əlini bıçaqladığımı dedim. Atam məni həmin yerdə gözləməyi söylədi. Sonra atama Əli ilə olan məsələni və onu bıçaqladığımı dedim. Atam ilə birlikdə polisə gedərək könüllü olaraq törətdiyim əməli etiraf etdim və təslim oldum”.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, törətdiyi əməldən peşmandır, Əli ilə dalaşmaq kimi niyyəti olmayıb və ona qarşı nalayiq ifadələr işlətdikdə isə özünü saxlaya bilməyib:
“Tumu zarafatyana Əlinin üzünə atanda mənə qarşı nalayiq ifadələr işlətdi. Mübahisə də oradan başladı. Əli ilə aramızda əvvəldən heç bir düşmənçilik olmayıb, davalarımız baş verməyib”.
İş üzrə zərərçəkmiş Əlinin hüquqi varisi qismində çıxış edən atasının sözlərinə görə, hadisədən 1 gün əvvəl oğlu Əli ilə Ayxan arasında dava olub, uşağını döyərək hədələyib: “Əli getdiyi küçə ilə izləyib və kənardan onları görən şəxs niyə dalaşdıqlarını soruşub. Daha sonra mənə zəng edərək Əlini döydüklərini dedi. Mən də Əlidən niyə dalaşdığını soruşdum. Oğlum dalaşmadığını, Ayxanla Aqilin bir-biri ilə dava etdiyini dedi. Əliyə hədə-qorxu gəlinməsi ilə bağlı mənə heç nə deməyib. Əlini stansiyaya pul çıxartmaq üçün göndərəndə də o, uşaqlarla dalaşdığı üçün getmək istəmədi”.
Hüquqi varis qeyd edib ki, məlum hadisə günü Əli peşə məktəbindən gələrək yeməyini yeyib, idmana gedəcəyini deyib: “Özüm həyətdə otları təmizləməklə məşğul olanda Əli yanıma gələrək ondan niyə kömək istəmədiyimi soruşdu. Sonra yağış yağdığı üçün evə girdik və birlikdə yemək yedik. Mətbəxdə qabları yuyanda Əliyə zəng gəldi. O, gedərək uşaqlarla futbol oynayacağını dedi. Tez qayıtmağı desəm də, oğlum oyunun 1 saat çəkəcəyini deyərək getdi. Əli gedəndən bir müddət sonra zəng gəldi, küçənin başında dava etdiyini dedilər. Əmim oğlu gələrək məni maşınla götürdü və küçənin başında maşın istiqamətini dəyişəndə, niyə Şəmkir tərəfə döndüyünü soruşdum. O, Əlinin bıçaqlandığını dedi, kimin nə etdiyi barədə isə heç nə demədi. Xəstəxanaya gedəndə məni içəri buraxmadı, sonra oğlumun öldürüldüyünü bildim”.
Oğlu öldürülən ata Ayxanın qətli tək törətmədiyini iddia edib. O, bu cinayətdə iş üzrə adı keçən Aqilin də günahkar olduğunu söyləyib, onun da məsuliyyətə cəlb olunmasını istəyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri