17 yaşlı qız donuzlar tərəfindən parçalanaraq öldürüldü
Icma.az bildirir, Sonxeber.az portalına istinadən.
Rusiyanın Krasnoyarsk vilayətində yaşayan 17 yaşlı Milena Şevelyova adlı gənc qız donuzlar tərəfindən parçalanaraq öldürülüb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 17 yaşlı Milena Şevelyova valideynləri şəhərdə olarkən heyvanları yemləmək üçün tövləyə gedib. Ona ilk olaraq tövlədə donuz hücum edib. Bundan sonra Şevelyova huşunu itirib və bu zaman tövlədəki bütün heyvanlar onun üzərinə hücum edib.
Valideynləri Şevolyova ilə telefonla əlaqə saxlaya bilmədiyi üçün dostundan onu yoxlamasını istəyib. Dostu onların evinə gedəndə tövlədə 17 yaşlı qızın meyitini tapıb.
Bad News Telegram kanalından verilən xəbərdə Şevelyovanın hücum zamanı bud damarının partlaması nəticəsində qan itkisindən öldüyü bildirilib.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 Noyabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















