170 nömrəli marşrutun istismarını yeni daşıyıcı həyata keçirəcək
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqəyə əsasən, 170 nömrəli avtobus marşrutu üzrə qalib olan hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC iyulun 20-dən xəttin istismarını həyata keçirəcək.
SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki, Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 170 nömrəli marşrut xətti üzrə 15 avtobus 8 dəqiqə hərəkət interval ilə sərnişinlərə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
İctimai nəqliyyat sahəsində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar VİDEO
15 Noyabr 2025 23:10
170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi
22 Oktyabr 2025 23:38
Bakıda 26 nömrəli marşrutun avtobusları yenilənir
19 İyul 2025 22:59
170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib
27 Yanvar 2025 15:06
Baxış sayı:95
Bu xəbər 19 İyul 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















