1/8 finalın daha üç iştirakçısı müəyyənləşir
Icma.az, Azpost portalına istinadən məlumat verir.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/16 final mərhələsinin daha üç qarşılaşması keçiriləcək.
Günün ilk oyununda İngiltərə millisi Konqo Demokratik Respublikası yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
İyulun 2-nə keçən gecə isə saat 00:00-da Belçika millisi Seneqal seçməsi ilə qarşılaşacaq. Günün son matçında ev sahibi ABŞ yığması Bosniya və Herseqovina millisini sınağa çəkəcək. Qarşılaşma saat 04:00-da start götürəcək.
Bu matçlardan sonra 1/8 finalın daha 3 iştirakçısı məlum olacaq.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa və Meksika yığmaları 1/8 finala vəsiqə qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 01 İyul 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















