Icma.az
close
up
RU
18 may Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirilir

18 may Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirilir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 48 il öncə – 1977-ci ildə təsis edilən əlamətdar gün hər il müxtəlif devizlər altında qeyd olunur. Bu ilin mövzusu “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi" adlanır.

Bakıvaxtı.az bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü ölkəmizdə müxtəlif maraqlı aksiyalarla yadda qalır. Eyni zamanda nazirliyin tabeliyindəki muzeylərdə “açıq qapı” elan olunur. Ənənə bu il də davam edəcək.

Bu il də əlamətdar günlə əlaqədar çoxsaylı tədbirlər keçiriləcək. Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) teatr səhnəcikləri, həmçinin uşaqlar üçün ustad dərsləri təşkil olunacaq.

Mayın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu mədəniyyət ocağının ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında məlumatların ziyarətçilərə rəqəmsal təqdimatı olacaq. 

Əzim Əzimzadənin Mənzil-Muzeyi və Məmməd Səid Ordubadinin Xatirə Muzeyində də əlamətdar günlə bağlı tədbirlər təşkil olunacaq. “Dünən, bu gün və sabah” adlı tədbirlər çərçivəsində rəsm dərnəyinin şagirdləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin iştirakı ilə Əzim Əzimzadənin Mənzil-Muzeyində açıq havada ustad dərsləri təşkil olunacaq, sərgi nümayiş etdiriləcək.
***

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü ərəfəsində silsilə tədbirlər təşkil olunub.  13-17 may tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani – 200” layihəsi çərçivəsində uşaqlar üçün maarifləndirici tədbirlər keçirilib. Azərbaycan və rus dillərində keçirilən proqram çərçivəsində XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illiyinə həsr edilmiş mühazirə və təqdimat olub. Tematik və interaktiv ekskursiyalarda uşaqlar M.Q.İrəvaninin ekspozisiyada yer alan əsərləri ilə tanış olub, ustad dərslərində rəssamın əsərlərini imitasiya ediblər.

AMİM-in “Muzeydə kino” layihəsi çərçivəsində mayın 17-də M.Q.İrəvaninin 200 illiyinə həsr olunan "Cənnət yuxusu" bədii-sənədli filmi nümayiş etdirilib. 

Mayın 17-də Abdulla Şaiqin Mənzil-Muzeyində “Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə  inteqrasiyası” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində müasir dövrdə uşaqların maraqlarına və inkişaf ehtiyaclarına uyğun şəkildə muzeylərin təlim-tərbiyə prosesinə cəlb edilməsi ilə bağlı çıxışlar dinlənilib. Musiqi nömrələri təqdim olunub, qiraətçilərin ifasında şeirlər səsləndirilib.

Həmin gün Bülbülün Memorial Muzeyində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi şagirdlərinin ifasında “Caz saatı” adlı konsert proqramı təqdim olunub. 
Mayın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində yeni "Musiqi və təsviri sənət" adlı ekspozisiya zalının açılışı və “Muzeylər mədəniyyətlər arasında bir körpüdür” adlı tədbir keçirilib. 

Milli Azərbaycan Tarixi Muzeyində “Tağıyev: zamanı aşan irs” adlı tədbir təşkil olunub. Mayın 16-da reallaşan tədbirdə Hacı Zeynalabdin Tağıyevin həyatı, xeyriyyəçilik fəaliyyəti, maarifçilik ideyaları və mədəni irsi haqqında geniş məlumat verilib. Milli mesenatın ev-muzeyi və onun əhəmiyyəti, Tağıyev irsinin bu günə təsiri mövzularında mühazirələr təqdim olunub. Tədbir çərçivəsində “Tağıyev: zamanı aşan irs” mövzusunda interaktiv viktorina da keçirilib. Yüksək nəticə göstərən şagirdlər sertifikat və hədiyyələrlə təltif ediliblər.

Həmin gün Hüseyn Cavidin Ev-Muzeyində “Keçmişdən gələcəyə: Hüseyn Cavid və müasir cəmiyyət" adlı tədbir keçirilib. Tədbir çərçivəsində “Hüseyn Cavidin ictimai-fəlsəfi ideyalarının bugünkü zamanla əlaqəsi”, “Cavidin gələcəyə baxışı”, “Hüseyn Cavidin əsərlərində gələcək zaman, azadlıq və dəyişən insan anlayışı”, “Mənim muzeyim – mənim gələcəyim”, “Hüseyn Cavidin Ev-Muzeyinin mədəni yaddaşdakı yeri” mövzularında məruzələr təqdim olunub.

Mayın 16-da həmçinin Səttar Bəhlulzadənin Ev-Muzeyində tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun "Mirzə Qədim İrəvani və XIX əsrdə İrəvanda Azərbaycan mədəni irsi" mövzusunda mühazirəsi dinlənilib.

Mayın 15-də isə Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində Bakı şəhərində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə gənclər müxtəlif xalqların milli geyimlərində mahnı və rəqsləri ifa ediblər. Həmçinin mövzu ilə bağlı sərgi nümayiş olunub

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri