Icma.az
close
up
RU
18 Oktyabr tarixi dönüm nöqtəsidir

18 Oktyabr tarixi dönüm nöqtəsidir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan qalib və bütöv dövlətdir


Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 



Bu gün Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpası günüdür. 1991-ci ildə bu tarixdə ölkəmiz Sovet İttifaqından ayrılaraq öz müstəqilliyini bərpa edib və Azərbaycan dövlətçiliyi yeni mərhələyə qədəm qoyub. Müstəqilliyin bərpası yalnız siyasi suverenliyin əldə olunması demək deyil, eyni zamanda xalqın öz tarixi köklərinə, milli kimliyinə və mədəniyyətinə qayıdışının simvoludur.

Bu gün Azərbaycan üçün həm də dövlətçilik tarixi baxımından dönməz əhəmiyyət daşıyır. Ölkəmiz müstəqilliyini bərpa etməklə həm öz daxili inkişaf yolunu müəyyənləşdirib, həm də beynəlxalq arenada suveren dövlət kimi tanınıb. 18 Oktyabr xalqın azadlıq arzularının reallaşması, dövlətçilik ənənələrinin möhkəmlənməsi və gələcək nəsillərə örnək olacaq bir tarixi an kimi yaddaşlara həkk olunub.

Bu gün biz 18 oktyabrı yalnız keçmişin xatirəsi kimi deyil, eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin inkişafına təkan verən mühüm hadisə kimi qeyd edirik. Hər il bu gün ölkəmizin azadlıq və müstəqillik yolunda göstərdiyi əzmkarlığı, vətənpərvərliyi və milli birliyi bir daha xatırlatmaq üçün fürsət yaradır.

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik elan edərək  özünün suveren dövlətini yaratmaq imkanını qazanıb.  

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.


XX əsrin sonunda yaranmış tarixi şərait  34 il əvvəl Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verib.

Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilib.  

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edilib.

Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edilib.

Lakin müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. 1992-1994-cü illərdə Ermənistanla Dağlıq Qarabağ uğrunda baş verən münaqişə müstəqilliyimizin ilk dövrlərində dövlətçiliyimiz üçün çətin sınaqlar gətirib. Ancaq dərin dövlətçilik ənənələrinə malik olan Azərbaycan bu təlatümlü və çalxantılı dövrlərdən də üzüağ çıxmağı bacarıb. 2020-ci il sentyabr ayının 27-də isə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti təxribata cavab olaraq əks-hücumla başlanan 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya Azərbaycan xalqının birliyini, onun müstəqillik və ərazi bütövlüyünün toxunulmaz olduğunu sübut edib.

Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır.

Deputat Tənzilə Rüstəmxanlı parlamentin dünənki iclasında 18 Oktyabr- Müstəqilliyin Bərpası gününə diqqət çəkib. Xanım deputat qeyd edib ki, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsdiq olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması tarixi faktına əsaslanır: “Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərməklə yanaşı soydaşlarımızın tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdış perspektivi üçün əsasları daha da gücləndirir. Bu gün biz faktiki varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti dövründəki milli sərhədlərimizin bərpasına nail olmuşuq, tam və qəti şəkildə bu müstəqilliyə çatmışıq. Azərbaycanın bütün ərazisində artıq suverenliyimiz təsdiq olunub. İstiqlalımız və ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhunu sayğı ilə anıram. Xalqımızı 18 oktyabr Dövlət Müstəqilliyinin bərpası münasibətilə təbrik edirəm. Dövlətimiz uca olsun, xalqımız xoşbəxt olsun. Və istəyirəm buradan Azərbaycanın müstəqilliyinin bərpasında başda Ulu Öndər Heydər Əliyev olmaqla müstəqilliyimizin bərpasına səs vermiş 43 millət vəkilini də sayğı ilə anım. Onların haqqı üstümüzdə çox böyükdür".


Millət vəkili Naqif Həmzəyev isə mövzuyla bağlı “Şərq”ə açıqlamasında bildirib ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, qalib dövlət kimi regionda söz sahibi olan Azərbaycanın bugünkü uğurları hər bir vətəndaşda dərin qürur hissi yaradır. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri nəticəsində torpaqlarını işğaldan azad edən, ərazi bütövlüyünü bərpa edən xalqımız artıq müstəqilliyini təkcə siyasi deyil, həm də hərbi, iqtisadi və mənəvi mənada təsdiqləyib: 

“Bu gün biz böyük iftixar hissi ilə müstəqil, suveren və qalib dövlətin vətəndaşı olduğumuzu deyə bilirik. Deputat qeyd edib ki, sovetlər birliyinin süqutu ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Onun sözlərinə görə, bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbə idi. 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra əldə edib. Tarixi faktlar sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 1993-cü ilin iyununda hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər ölkəyə siyasi müdriklik, sabitlik və inkişaf gətirib. Məhz Ulu Öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və Vətənə olan tükənməz sevgisi sayəsində Azərbaycanın dövlət müstəqilliyi təhlükədən xilas edilib. O, ölkədə hökm sürən xaos və anarxiyanı, iqtisadi və mənəvi gərginliyi aradan qaldırıb. Dövlət müstəqilliyi gündən-günə möhkəmləndi, Azərbaycan beynəlxalq təşkilatların tribunalarından sözünü deməyə başlayıb”.

Millət vəkilinin sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan artıq regionun aparıcı gücü, sülhün və təhlükəsizliyin təminatçısı kimi tanınır: “Son illər ərzində ölkəmiz humanist fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən enerji layihələri, regional inteqrasiyanı gücləndirən əməkdaşlıq formatları ilə dünyaya dəyərli töhfələr verib. İnkaredilməz gerçəklikdir ki, bütün bu uğurların təməlində müstəqil Azərbaycanın memarı Heydər Əliyevin siyasi irsi və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət dayanır. Bu gün Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi olan dövlət, dünyada sabitlik diyarı və iqtisadi inkişaf modeli kimi tanınır.18 Oktyabr - Müstəqillik Günü artıq qalib və bütöv Azərbaycanın bayramıdır. Bu gün dünya dövlətlərinin rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubları göndərir, Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edirlər. Hər bir azərbaycanlının ən ali vəzifəsi isə dövlət müstəqilliyini, milli azadlığını və ərazi bütövlüyünü qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaqdır”.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Oktyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see485

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see315

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see251

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see231

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see215

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see214

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see212

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see179

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see176

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see170

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see169

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see168

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see164

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see163

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see162

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see159

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see154

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see153

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri