18 yaşlı oğlan Ginnesin Rekordlar Kitabına düşdü Milyardda birdir FOTOlar
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Hindistanlı 18 yaşlı Lalit Patidar "ən tüklü kişi üzü" kateqoriyasına görə Ginnesin Rekordlar Kitabına daxil olub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, saçları üzünün 95%-ni əhatə edən Lalitin üzündə hər kvadrat santimetrdə təxminən 202 tük var. O, "qurd adam sindromu" adlanan, nadir və genetik bir xəstəlik olan hipertrikozdan əziyyət çəkir. Bu sindrom milyard insandan birində müşahidə edilir və bu günə qədər dünyada yalnız 50-yə yaxın sənədləşdirilmiş hadisə var.
Lalit uşaqlıqda dostlarının qorxulu baxışlarına məruz qalsa da, bu gün vəziyyətini qəbul edib:
"Məktəbin ilk günü çətin idi, çünki digər uşaqlar məndən qorxurdular, amma məni tanıyandan sonra anladılar ki, mən onlardan o qədər də fərqlənmirəm".
O, YouTube kanalında gündəlik həyatını paylaşır və 108 mindən çox izləyicisi var.
Fidan
Milli.Az
Baxış sayı:90
Bu xəbər 13 Mart 2025 06:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















