Icma.az
close
up
RU
18 yaşlı türkiyəli futbolçu Nyukasl a transfer olundu

18 yaşlı türkiyəli futbolçu Nyukasl a transfer olundu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin köklü klublarından olan və hazırda 1-ci liqada çıxış edən ''Gənclərbirliyi'' önəmli bir satış həyata keçirib.

''Football-plus.az'' xəbər verir ki, paytaxt təmsilçisi öz yetirməsi olan gənc oyunçu Baran Yıldızı ''Nyukasl''a satıb. 2007-ci il təvəllüdlü bu futbolçunun 18 yaşı yanvarın 2-də tamam olduğundan onun İngiltərəyə yollanmasında heç bir problem yaranmayıb.
''Nyukasl'' ilə 4,5 illik müqavilə imzalayan istedadlı futbolçu hələ ki, ingilislərin aşağı yaş qrupundan ibarət komandasında çıxış edəcək. Ankaralılar bu satışdan 2,5 milyon lirə qazanıblar. Amma Baran Yıldızın sonrakı satışından əldə olunacaq pulun 15 faizi onlara çatacaq. Bu oyunçu ''İstanbul BŞ'' və ''Qalatasaray''ın da skautları tərəfindən diqqətlə təqib edilirdi.
Baran Yıldız bu mövsüm ''Gənclər''in U-17 və U-19 komandalarında ümumilikdə 15 oyuna çıxıb. O, bəzən əsas komanda ilə məşqlərə çıxsa da, yüksək səviyyədə debüt etməyib. Qeyd edək ki, hazırda Türkiyənin göz bəbəyi olan ''Real''ın gənc ulduzu Arda Gülər də məhz ''Gənclərbirliyi''nin yetirməsidi. Ankaralıların baş meneceri Əli Əkbər Düzgün bu satışla bağlı bunları deyib:

''Transfer artıq tamamlanıb. ''Altyapı''mızdan bir futbolçunun premyer-liqa klubuna transfer olunması klubumuz üçün çox böyük bir uğurdu. Ümid edirik ki, Arda Gülər kimi Baran Yıldız da ölkəmizi və klubumuzu xaricdə uğurla təmsil edəcək. Ona yeni macərasında uğurlar arzulayırıq''.


ƏLİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Fevral 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri