184 milyon manat düzgün istiqamətə yönəldilməyib AÇIQLAMA
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Hesablama Palatası dövlət büdcəsinin sərbəst qalığından 184,8 milyon manat vəsaitin qanunda nəzərdə tutulmayan istiqamət üzrə istifadə olunmasına diqqət çəkib.
Gununsesi.info– nun məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, 2025-ci ildə bir qurumun büdcədənkənar xərclərinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsinin sərbəst qalığından vəsait ayrılıb.
“Büdcə sistemi haqqında qanunun sərbəst qalıqdan istifadə istiqamətlərini müəyyən edən 19.5-1-ci maddəsində nəzərdə tutulmayan bu istiqamət üzrə 184,8 milyon manat vəsait icra edilib. Bu məbləğ dövlət büdcəsinin profisit göstəricisinə də təsir göstərir”, – deyə Palata sədri bildirib.
V.Gülməmmədov qeyd edib ki, məsələ digər normativ-hüquqi aktlarda əksini tapsa da, büdcə qanunvericiliyinin tələbləri baxımından bu istiqamətə yenidən baxılması zəruridir.
O əlavə edib ki, Hesablama Palatası bu məsələnin növbəti büdcə illərində diqqətdə saxlanılmasını vacib hesab edir.
Baxış sayı:166
Bu xəbər 09 İyun 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















