Icma.az
close
up
RU
19 milyon ayrılıb, amma... Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?

19 milyon ayrılıb, amma... Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nərimanov Tibb Mərkəzində yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanması planlaşdırılsa da, bu baş tutmayıb. 

Qaynarinfo xəbər verir ki, artıq 2025-ci il sona çatır. Nərimanov Tibb Mərkəzində isə işlər hələ də davam edir. Müşahidələr göstərir ki, yenidənqurma işləri cari ildə də tamalanmaya bilər.

Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərini "Var Construction" MMC həyata keçirir. Şirkət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2023-cü ildə bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında 19 128 385,74 manat dəyərində satınalma müqaviləsi imzalanıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Var Construction" MMC 6 yanvar 2005-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 125, mənzil 90-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Rafət Güləli oğludur. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsi olsa da, işlək deyil. MMC-nin əlaqə telefonlarına da rast gəlinmir. Bu baxımdan "Var Construction" MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.

"Var Construction" MMC-nin qanuni təmsilçisi Rafət Orucov haqqında da heç bir məlumat yoxdur. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Kərimov Alim Möhsün oğlu olub. Onun haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 


"Var Construction" MMC haqqında başqa bir fakt isə ondan ibarətdir ki, şirkət 2020-ci ilədək "Turqay" MMC adı altında fəaliyyət göstərib. MMC bu ad altında 2019-cu ildə 3 saylı şəhər Klinik Xəsətəxanasının kotyirovka sorğusunun, 2018-ci ildə isə Səhiyyə Nazirliyinin Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tenderinin qalibi seçilib. İki satınalma müsabiqəsi üzrə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri 11 943 163,53 manat olub. 

"Var Construction" MMC kimi haqqında heç bir məlumat olmayan,  ad dəyişən şirkətlərdən tender əməliyyatlarında istifadə edilir və bu tip şirkətlərin həyata keçirdiyi layihələrdə problemlər yaranıb. Nərimanov Tibb Mərkəzi ilə bağlı da oxşar hal yarana bilər. 

Bəzi iddialara görə isə xəsətəxananın yenidən qurulması işlərinin yubanması vəsait çatışmazlığı ilə əlaqədardır. Lakin bu iddia inandırıcı görünmür. 19 milyon manat bir xəstəxananın yenidən qurulması üçün o qədər də az vəsait deyil. 

Yeri gəlmişkən, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərinin yubanması faktı havadan götürülməyib. Yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanacağı barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bununla bağlı rəsmi açıqlaması var. 

Bəs, o zaman Nərmanov Tibb Mərkəzinin yenidən qurulması işlərin yubanmasının səbəbi nədir?

Qaynarinfo bu sualla İcbari Tibbi üzrə Dövlət Agentliyinə müraciət edib. Qurumdan verilən cavabı olduğu təqdim edirik: 


"Bildiririk ki, Nərimanov Tibb Mərkəzi publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Şəhər Kliniki Xəstəxananın xəstəxana binası, korpusları və köməkçi binalarının yenidənqurulması (avadanlıq daxil) işlərinin satın alınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən açıq tender proseduru keçirilib. Tenderin qalibi "VAR Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Agentlik arasında 21 avqust 2023-cü il tarixində 19 128 385,72 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb. Yenidənqurma işlərinə başlamazdan əvvəl, mövcud binanın layihə-smeta sənədləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, həmçinin ekoloji, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq lisenziyası olan podratçı şirkət tərəfindən işlənib hazırlanıb. Həmçinin layihə-smeta sənədləri ayrılmış vəsaitdən səmərəli istifadənin qiymətləndirilməsi məqsədilə "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Ekspertiza Rəyi əldə edib. 

Hazırda mövcud texniki şərtlərin tələbinə uyğun olaraq tikinti-quraşdırma işlərinin görülməsi istiqamətində müvafiq işlər aparılır. Sahənin geniş olduğunu nəzərə alaraq tikinti-quraşdırma işlərinin 2025-ci ilin sonuna başa çatması planlaşdırılıb. İşlər başa çatdıqdan sonra xəstəxana ən müasir tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə veriləcək".

Göründüyü kimi açıqlamada yenidənqurma işlərinin deyilən vaxtda başa çatdırılmasının səbəbləri barədə heç bir qeyd yoxdur. 

Nərimanov Tibb Mərkəzi 5 nömrəli Şəhər Klinik Xəsətəxanasının hüquqi varisi kimi yaradılıb. Mərkəz TƏBİB-in tabeliyində fəaliyyət göstərir. 

Bu arada onu da qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və TƏBİB-də yoxlamalara başlayıb.

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see305

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see146

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see140

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see139

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see137

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see135

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see126

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri