Icma.az
close
up
RU
19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu

19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyada azərbaycanlı gənci öldürən yol polisi həbs olunub.

Axar.az lent.az-a istinadla xəbər verir ki, lakin bu həbs qərarı azərbaycanlı gəncin ölümünə görə deyil, yol polisinin xidməti zamanı yol verdiyi başqa nöqsana görə verilib.

Söhbət Rusiyanın Novosibirsk vilayətində xidmət edən yol polisi, baş leytenant Aleksandr Qusevdən gedir. Məlumata görə, aprelin 13-də Moşkov rayonunda DYP inspektorları Aleksandr Qusev və Vitaliy Baranov barəsində hökm çıxarılıb. Hər iki şəxs CM-nin 286-cı maddəsinin 3-cü hissəsinin “a, v, g, d” bəndləri üzrə (zorakılıq və silah tətbiq etməklə vəzifə səlahiyyətlərini aşmaqda) təqsirli bilinib.

İş materiallarına görə, 2024-cü ilin iyul ayının sonlarında DYP ekipajı kənddə pitbayk sürən yeniyetmələri təqib edib. Məktəblilər polisin dayanmaq tələbinə tabe olmayaraq qaçmağa çalışıblar, lakin bir müddət sonra idarəetməni itirərək qəza törədiblər. Hadisədən sonra polis əməkdaşları qəzanı rəsmiləşdirmək və zərərçəkənlərə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər.

Məhkəmə Aleksandr Qusev və Vitaliy Baranova hər birinə 3 il müddətinə ümumi rejimli həbsxanada həbs cəzası təyin edib. Bundan əlavə, onlar 2 il müddətinə Rusiya Daxili İşlər Nazirliyi sistemində dövlət vəzifəsi tutmaq hüququndan məhrum ediliblər. Hər iki şəxs “polis baş leytenantı” xüsusi rütbəsindən də məhrum olunub. Hökm hələ qanuni qüvvəyə minməyib və apellyasiya şikayəti verilə bilər.

Qeyd edək ki, Aleksandr Qusevin adı daha rezonanslı hadisədə, 2021-ci il mayın 28-də 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin qətlində hallanıb.

Belə ki, yol polisi azərbaycanklı gənclərin idarə etdiyi “Toyota” markalı avtomobili saxlamaq istəsə də, onlar tabe olmayıblar. Sonradan gənclər avtomobili saxlayaraq qaçıblar. Lakin yol polisləri onlardan 19 yaşlı Vəkili saxlamağa nail olublar. Bu zaman Vəkilin dostları geri dönərək onu xilas etməyə çalışıblar. Amma yol polisi Qusev Vəkilin başını xidməti avtomobilin kapotuna sıxıb və tapança ilə gicgahına atəş açıb. Xəstəxanaya yerləşdirilən oğlan orada ölüb.

Lakin təəssüf ki, Rusiya məhkəməsi Vəkil Abdullayevin ölümünə görə Aleksandr Qusevi cəzalandırmayıb və ona bəraət verib. Qusev yalnız qəza törədən rusiyalı yeniyetmələrə kömək etmədiyi üçün 2024-cü ilin sentyabr ayında işdən kənarlaşdırılıb və nəticədə azadlıqdan məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Aprel 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri