19 yaşlı idmançı qız Xırdalanda qumbara partlayışı nəticəsində həyatını itirib
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
19 yaşlı idmançı Xədicə Mustafayeva ötən gün Xırdalanda qumbara partlayışı nəticəsində həyatını itirib.
İdman.Biz xəbər verir ki, 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva kikboksinqlə məşğul olub və müxtəlif turnirlərdə iştirak edib.
Qeyd edək ki, hadisə ötən gün səhər saatlarında Abşeron rayonunun Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində baş verib. Əl qumbarasının partlaması nəticəsində xəsarət alan Xədicə Mustafayeva həyatını itirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.
Bu mövzuda digər xəbərlər:Xırdalanda qumbara PARTLAYIŞI 19 yaşlı qız həyatını itirdi
15 Sentyabr 2026 17:20
Xırdalanda 19 yaşlı qız əl qumbarasının partlaması nəticəsində ölüb Rəsmi
15 Sentyabr 2026 17:09
Xırdalanda qumbara partladı Gənc qız öldü
15 Sentyabr 2026 13:40
Qumbara partlayışı nəticəsində ölən Xədicə idmançı imiş FOTO
15 Sentyabr 2026 21:51
Xırdalanda DƏHŞƏT: 19 yaşlı oğlanı parkda öldürdülər
15 Oktyabr 2025 10:26
Baxış sayı:168
Bu xəbər 15 Sentyabr 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















