Icma.az
close
up
RU
1918 ci ildə ucaldılan üçrəngli bayraq bu gün Azərbaycanın bütün ərazisində dalğalanır RƏY

1918 ci ildə ucaldılan üçrəngli bayraq bu gün Azərbaycanın bütün ərazisində dalğalanır RƏY

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın dövlətçilik ənənələrini davam etdirmişdir. Azərbaycan xalqının keçdiyi çoxəsrlik və keşməkeşli yola nəzər saldığımızda bir daha görürük  ki, xalqımızın müstəqilliyi məhz qazanılmış müstəqillikdir. Azərbaycanın müstəqillik idealları, xalqımızın azadlığı, torpaq uğrunda canından keçməyə qadir olmaq bütün dünya insanlığı üçün nümunədir. İndiki gənc nəsil, eləcə də gələcək nəsillər bunları daha dərindən dərk etməli, qiymətləndirməlidirlər. Ən əsası, tariximizin 28 May səhifəsini bu gün bütün dünyada canlı sənəd kimi görməlidirlər.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bu gün Azərbaycan öz tarixinin ən şanlı, ən şərəfli günlərini yaşayır.

Deputat vurğulayıb ki, Azərbaycan xalqı qalib xalqdır: “Azərbaycan bütövləşib, müstəqilləşib, böyük uğurlara imza atıb, nailiyyətlər əldə edib, qələbəsini daha da gücləndirib. Azərbaycan Xalq Cümhuriyyətini quranların ən böyük arzusu məhz müstəqil Azərbaycanın qələbəsini, bütövlüyünü görmək idi. Bu gün Azərbaycan öz uğurlarını ən yüksək formada təmin edib, tarixinin şərəfli dövrlərini yaşayır. Cümhuriyyət qurucularının da ruhu şaddır. Bu gün onlar qəbirlərində rahat uyuyurlar ki, Azərbaycan xalqı öz qələbəsini, uğurlarını təmin edib, Azərbaycan qalibdir, güclüdür, bölgədə yeni reallıq  yaradıb. Bu gün dünya gücləri, dövlətləri Azərbaycanla hesablaşır. Azərbaycanın yaratdığı reallığı qəbul edir. Bu, bir daha qələbəmizin nə qədər möhtəşəm, böyük, güclü olduğunu açıq-aydın göstərir”.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə bildirib ki, Azərbaycanın XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edə bilməsi mühüm hadisədir:

“Azərbaycan torpaqlarının 20%-i işğal altına düşdü, parçalanma, bölünmə ilə üzbəüz qaldı. Şükürlər olsun ki, ulu öndər Heydər Əliyevin təkrar hakimiyyətə qayıtması ilə bütün bu proseslərin qarşısı alındı, müasir və müstəqil Azərbaycanın güclü təməlləri atıldı. Sonra cənab Prezident İlham Əliyev Ulu Öndərin arzusunu, vəsiyyətini yerinə yetirdi. Nəhayət, 2020-ci ildə Qarabağı, Şərqi Zəngəzuru qəhrəman və rəşadətli ordumuzun gücü, xalq-lider-ordu vəhdəti, birliyi hesabına azad etdik. 2023-cü ildə suverenliyimizi tam olaraq bərpa etdik. Biz bu gün Milli Müstəqillik Gününü ağrısız, acısız, qadasız, bəlasız bütün torpaqlarımızda qeyd edə bilirik. Məhz 1918-ci ildə ucaldılan üçrəngli bayraq bu gün Azərbaycanın bütün kənd, qəsəbə, rayon və şəhərlərində dalğalanır. Bilirsiniz ki, 1918-ci ilə qədər suverenliyimizi tam bərpa edə bilməmişdik. Mübahisəli torpaqlar, ərazilər var idi. Həm erməni daşnaklarına, həm də digər qüvvələrə qarşı mübarizə aparırdıq. Məhz stabilliyin olmaması da 23 aydan sonra Cümhuriyyətin işğal edilməsinə, Azərbaycan SSRİ-nin yaranmasına gətirib çıxarmışdı. Şükürlər olsun ki, biz suveren Azərbaycanın vətəndaşları olaraq bu gün həyatımıza davam edirik. 28 May tarixində müstəqilliyimizi qürurla qeyd edəcəyik. Müstəqilliyimizin qazanılmasında, qorunmasında və bərpasında, suverenliyimizin bərpa edilərək güclü Azərbaycanın qorunmasında əməyi olan bütün şəxslərə dərin təşəkkürümüzü bildiririk. İlk növbədə, Ali Baş Komandan İlham Əliyevi ürəkdən təbrik edirəm. Xalqımıza sülh, əmin-amanlıq, firəvan həyat arzulayıram. İnanıram ki, Azərbaycan güdən-günə güclənəcək. Cənab Prezidentin liderliyi altında Azərbaycan qüdrətinə qüdrət qatacaq. Bir daha kimsə cəsarət edib Azərbaycan torpaqlarına göz dikməyəcək. Azərbaycan müstəqil, suveren, qüdrətli dövlət olaraq daim var olacaq”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see146

Almaxanım ana oldu

04 İyul 2025 15:22see140

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see137

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see129

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see126

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see125

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see124

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see121

Gərginləşən Rusiya Azərbaycan münasibətlərinin əsl səbəbi… Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

04 İyul 2025 19:22see121

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see118

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

Benzin mühərrikdən imtina edən şirkətin satışları 98 faiz azaldı

04 İyul 2025 17:49see118

Sabahın hava durumu: Külək güclənəcək, yağış yağacaq

04 İyul 2025 14:16see118

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see117

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see117

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see116

Şəmkirdə 3 nəfər göldə boğuldu

04 İyul 2025 18:10see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri