Icma.az
close
up
RU
Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır

Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Artıq dördüncü ildir ki, Azərbaycan xalqı müstəsna tarixi və siyasi əhəmiyyət kəsb edən 9 Noyabr – Dövlət Bayrağı Gününü qalib xalq, qalib ölkə olaraq qeyd edir.

Moderator.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Şərqin ilk demokratik respublikasının üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və Nazirlər Şurasının binası üzərində qaldırılıb:

“1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuş bu bayraq 70 illik fasilədən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir".

K.Qafarov 44 günlük Vətən müharibəsinin gedişində qəhrəman hərbçilərimizin müqəddəs Bayrağımızı hər gün yeni azad olunmuş bir yaşayış məntəqəsində dalğalandırmaqla bizə sonsuz qürur yaşatdıqlarını vurğulayıb:

“Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində başlanmış Vətən müharibəsinin hər yeni günündə Azərbaycanın Dövlət Bayrağı azad olunmuş növbəti ərazidə dalğalanırdı. Bu proses 44 gün ərzində fasiləsiz davam etdi. Nəhayət, 2020-ci ilin noyabr ayının 10-da Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsilə başa çatdı və bu gün Dövlət bayrağımız artıq ölkəmizin bütövlüyü bərpa olunmuş bütün ərazisində, hər bir şəhər və rayonumuzda, qəsəbə və kəndimizdə əzəmətlə dalğalanır. Keçən il oktyabr ayının 15-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını Xankəndidə şəxsən qaldırmaqla qürurumuza bir daha qürur qatdı. Ulu Öndər Heydər Əliyev milli birliyin formalaşmasında bayrağın rolunu vurğulayaraq demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu müdrik nəsihəti özünün həyat amalına çevirən Azərbaycan xalqı müqəddəs bayrağımızın altında, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək yaratdığı dəmir yumruqla düşməni məhv etdi, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa elədi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri