Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

1918 ci ilin 31 mart soyqırımı: Soyumayan Böyük Ermənistan ehtirası

1918 ci ilin 31 mart soyqırımı: Soyumayan Böyük Ermənistan ehtirası

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları son iki yüzildə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Belə aksiyalardan biri və ən dəhşətlisi isə 1918-ci il 31 martda baş verən soyqırımıdır. Təəssüf ki, sovet dönəmində ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşından qismən silinməyə və hadisələrə başqa mahiyyət verərək unutdurulmağa çalışıldı. Amma xalqın yaddaşını tamamilə məhv etmək üçün gərək öncə həmin xalqı məhv edəsən. Xalqımız tamamilə məhv olmadığı ücün təbii ki, yaddaşı da yerindədir və o günləri qəzəb hissi ilə anır. Adalet.az xəbər verir ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində də Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Odur ki, 31 mart hadisələri elm adamları, xüsusən tarixçilər tərəfindən diqqətlə araşdırılır. Həmsöhbətim Azərbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohididir .

O, "Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə”,"1918-ci il Quba hadisələri - Azərbaycanın müsəlman əhalisinin kütləvi məhv edilməsi planlarının tərkib hissəsi kimi. Müsəlmanların soyqırımı sənədlərdə. Sənədlər toplusu”, "1918-ci il Azərbaycanlıların soyqırımı foto və sənədlərdə”, "Şamaxı. 1918-ci il mart-iyul. Azərbaycanlıların soyqırımı sənədlərdə (2 cilddə)”, "Göyçay, Cavad, Ərəş (Azərbaycanlıların soyqırımı sənədlərdə)”, "Qarabağ-Zəngəzur – 1918 (Azərbaycanlıların soyqırımı sənədlərdə)” "Əlimərdan bəy Topçubaşov. Bakı hadisələrində erməni faktoru – 1905-1906 və 1918-ci illər (Paris arxivinin sənədləri)” "Cümhuriyyətin "Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kitabları ilə 1918-ci ildə baş verən hadisələr-qaranlıq qalan mövzular haqqında ictimaiyyətə daha geniş və sanballı məlumatlar verib.

-Solmaz xanım, 1918-ci il dedikdə, ilk hansı hadisələr xatırlanır?

- 1918 bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr- istər əlamətdar, istərsə də faciəli – baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir. Həmin hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 28 may 1918-ci il tarixi – Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm tarixi hadisələr – 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi, 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması – bütün Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçiliyinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasını qoyulur.

-Amma sadaladığınız əlamətdar hadisələrindən əvvəl qanlı hadisələr baş verir...

- Bakıda mart hadisələrinin törədilməsi ümumilikdə Azərbaycan xalqına yönəldilmiş böyük bir soyqırımın başlanğıcı olur. Təsəvvür edin ki, bir neçə gün ərzində şəhərin və onun ətraf kəndlərinin dinc müsəlman – azərbaycanlı əhalisi görünməmiş dəhşətli cəza növlərinə – talan və ölümlərə, əzilmək, əsir alınmaq, qarət edilmək – bir sözlə, amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən hər şeyin və hər kəsin məhv edilməsinə məruz qalır. Fövqəladə Təhqiqat Komissiyasının protokollarına görə, yalnız Bakıda 11 min nəfər qətlə yetirilib. Mənim 1918-ci il qırğınları ilə bağlı kitablarımda həmin rəqəmlər var. Həmçinin, vurulmuş maddi zərəri də göstərmişəm. Bizim bəzi tədqiqatlarda düzgün olmayan rəqəmlər var.

Məsələn, Qubada 167 kənd dağıdıldığı halda, çox yerdə 122 rəqəmi gedir. Yaxud Şamaxıda 7 min nəfərin öldürüldüyü bildirilir. Halbuki yalnız Şamaxı şəhərində 8-10 min nəfər, 110 kəndində isə 10.341 nəfər qətlə yetirilib. Gördüyünüz kimi, Şamaxıda 18-20 min nəfərədək insan erməni silahlıları tərəfindən qətlə yetirilib. Beləliklə, deyə bilərik ki, hadisələr zamanı 50 min nəfərə yaxın azərbaycanlı öldürülüb. Hələ Göyçay və Cavad qəzalarına dair sənədləri təzəliklə Fransadakı arxivlərdən tapmışam. Zəngəzur və Qarabağla bağlı sənədlər isə hələ araşdırılmayıb. Hərçənd komissiya həmin ərazilərdə Şamaxıdakı kimi işləyə bilməyib. On minlərlə insan isə epidemiya zamanı həlak olub. Bəli, Qızıl Ordunun kiçik dəstəsinin atəşə tutulması ilə başlayan mart hadisələrinin, şübhəsiz ki, dərin kökləri və səbəbləri vardır.

-Solmaz xanım, zaman 1918-ci il. Nə baş verir?

- 1918-ci ili analiz etmək ücün bir az əvvələ getmək, qanlı zəncirin başlanğıcına dönmək lazımdı: XIX əsrin əvvəllərində başlanmış Rusiya-İran, Rusiya-Türkiyə müharibələri və onların nəticələri: 1813, 1828, 1829-cu illər Gülüstan, Türkmənçay, Adrianopol müqavilələri, Azərbaycan, Gürcüstan, Türkiyənin tarixi ərazilərinin bölünməsi, geniş regionların qəsb edilməsi və yerli müsəlman əhalinin mühacirəti, nəhayət, ermənilərin İrandan və Türkiyədən əzəli Azərbaycan (13 xanlığın ərazisi) və Gürcüstan (Axaltsix və Axalkalaki) torpaqlarına köçürülməsi erməni əhalisinin həyatında əsaslı iz qoydu. Bu yeni tarixi şərtlər, həmçinin istər Osmanlı Türkiyəsi, istərsə də Rusiya İmperiyasında ermənilərin nisbətən daha qabaqcıl və üstün vəziyyəti də daxil olmaqla, erməni milli şüurunda yüz illərlə bəslənən öz müstəqil dövlətçiliyini yaratmaq ideyasını artıq yetişməkdə olan erməni millətçiliyinin siyasi devizinə çevirdi. "Böyük Ermənistan” onun "yaradıcılarının” planlarına görə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının (Qafqazın, dəqiq deyilərsə, Azərbaycanın və Gürcüstanın) böyük ərazilərini əhatə etməli idi ki, bu da hakimiyyətlə öz separatçı niyyətlərini bəyan etmiş erməni əhalisi arasında artıq müəyyən münasibətlərin başlanmasını şərtləndirirdi. Qatı millətçi erməni partiyaları olan "Qnçaq” (1887), "Daşnaksütun” (1890) və digərləri qarşıdakı onilliklər ərzində bütöv xalqın taleyində həlledici rol oynayacaqdı. "Hələ 1907-ci il proqramı qəbul edilənə xeyli qalmış "Daşnaksütun” güclü, intizamlı, konspirativ təşkilata çevrildi. XX əsrin əvvəllərindən başlayaraq erməni emissarlarının, agentlərinin və erməni əhalisinin Türkiyədən Cənubi Qafqaza axını xüsusilə güclənir. Artıq beyinlərə işləmiş bir ideyaya çevrilən "Böyük Ermənistan” şüarı ətrafında birləşən bu insan axını təşkilatlandırılmış hərbi bölmələr yaratmaqla fəal surətdə silahlanmağa başlayır. Bu dəstələrin ilk vəzifəsi yeni Ermənistan dövlətinin yaradılması üçün nəzərdə tutulmuş ərazilərdə yaşayan yerli türk-azərbaycanlı əhalini fiziki cəhətdən məhv etmək olur.

-1905-1907-ci illər erməni-azərbaycanlı münaqişəsi başlanır...

-1905-ci ilin fevralında Bakıda erməni və müsəlman əhalisi arasında başlanan silahlı münaqişələr az sonra erməni-azərbaycanlı qırğınlarına çevrildi və bütün Cənubi Qafqaz regionunu əhatə etdi. Bakı, Tiflis, İrəvan, Gəncə, Qarabağ, Zəngəzur və digər yerlərdə baş verənş və təxminən iki il davam edən qanlı toqquşmalar, habelə uzunsürən erməni-gürcü münaqişəsinin qarşısı hakimiyyət tərəfindən vaxtında alınmadı. Münaqişənin bilavasitə şahidi olmuş bir çox azərbaycanlı xadimlər bu qırğınlarda maraqları olan qüvvələrin məqsəd və planlarını daha dəqiq və konkret izah edirdilər. Məsələn, tanınmış azərbaycanlı ictimai xadim Xosrov bəy Dövlətov 1905-1907-ci illərin hadisələri haqqında belə yazırdı: "…ermənilər ən ciddi şəkildə tərtib edilmiş proqram üzrə öz arzu və ideyalarının - Yelizavetpol və Tiflis quberniyalarının bütün dağlıq zolağını kəsib ayırmaq, Qars vilayəti ilə birlikdə Türk Ermənistanına birləşdirmək və orada müstəqil erməni dövləti yaratmaq - həyata keçirilməsinə hazırlaşırdılar, lakin Osmanlı və Rusiya hökumətlərinin incə siyasəti və təzyiqi sayəsində buna nail ola bilmədilər”.

-Ermənilər məkrli niyyətlərini dayandırmırdılar...Səhv etmirəmsə, İrəvan quberniyasından elə o illərdə azərbaycanlılar çıxarıldı...

- Güclənmiş anarxiya, hakimiyyətsizlik və cəzasızlıq mühiti erməni millətçi qüvvələrinə azərbaycanlı əhalidən təmizlənmiş ərazilərdə erməni dövlətinin yaradılması imkanları açırdı. Mübarizə davam edirdi, gələcək "Böyük Ermənistan”ın taleyi həll edilirdi. Məsələn, 1918-ci ilin mart ayınadək təkcə İrəvan quberniyasının 199 kəndi ermənilər tərəfindən talan edildiyindən yerli azərbaycanlılar tərəfindən məcburi şəkildə boşaldıldı. Elə 1918-ci ilin əvvəlində ermənilər Bakıda kifayət qədər güclü siyasi, iqtisadi və ictimai mövqelərə malik idilər və şəhər həyatının demək olar ki, bütün sahələrində təmsil olunurdular. Bakı şəhərinin və onun ətraf kəndlərinin bütün əhalisinin sayına görə azərbaycanlı və rus əhalidən sonra ermənilər üçüncü yeri tuturdular.

-Təəssüf ki, hadisələrin inkişaf xəttinin qarşısı alınmadı. Əksinə 1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiya olunması faktının lazımınca araşdırılmaması, bu hadisələrə hüquqi-siyasi qiymət verilməməsi növbəti münaqişələri qacılmaz etdi.

-1988-ci ilin əvvəlində azərbaycanlılara qarşı erməni təcavüzünün yeni mərhələsinin – Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar olaraq bu tarixin ayrı-ayrı səhifələri və aspektləri xüsusi aktuallıq kəsb etdi. İndi ermənilərin azəbaycanlılara qarşı hər addımını, hər aksiyasını daha dəqiqliklə araşdırmaq , dünya ictimaiyyətinə çatdırmaq lazımdı.Təəssüflər olsun ki, 31 mart qırğınından cəmi 70 il sonra Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil oldu. Bu tarixləri unutmayacağıq, unutdurmayacağıq!

Əntiqə Rəşid

( Yazarın arxivi: Müsahibə 2016-ci ildə baş tutub)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://adalet.az
archiveBu xəbər 31 Mart 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri