Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

1918 ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri

1918 ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

28 may 1918-ci ildə dünya siyasi xəritəsində Azərbaycan Xalq Cümhuriyyətinin meydana gəlməsi təkcə yeni suveren oyunçunun doğulması deyil, həm də bütün müsəlman Şərqi üçün bütöv bir sivilizasiya sıçrayışı oldu. Cümhuriyyət öz dövrünü qabaqlayan dəyərlər bəyan etdi: dünyəvilik, çoxpartiyalı parlament, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyi və ən əsası, bir çox Avropa dövlətlərindən xeyli əvvəl qadınlara seçki hüququnun verilməsi. Həmin tarixi İstiqlal Bəyannaməsi Azərbaycan dövlətçiliyinin genetik kodunu müəyyən etsə də, XX əsrin əvvəllərindəki geosiyasi qırılmaların amansız reallığı ilk respublikaya cəmi iyirmi üç aylıq bir ömür bəxş etdi. O illərin təcrübəsi bu gün də aktuallığını qoruyan tarixi bir həqiqəti əyani şəkildə sübut etdi: azadlığı qazanmaq böyük rəşadət tələb edirsə, onu qlobal qarşıdurma şəraitində qoruyub saxlamaq qat-qat mürəkkəb bir vəzifədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü, politoloq Anastasiya Lavrinanın “1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri” adlı məqaləsində yer alıb.

Məqalədə daha sonra deyilir:

Əsrin sonunda suverenliyin yenidən doğulması, xarici təcavüzün daxili parçalanma ilə üst-üstə düşdüyü bir vaxtda, ölkəni yenidən fəlakətin astanasına gətirdi. Belə bir taleyüklü məqamda Azərbaycanın xilası Ümummilli Lider Heydər Əliyevin tarixi şəxsiyyətinin miqyası ilə qırılmaz şəkildə bağlıdır. Unikal strateji baxışa və polad kimi möhkəm siyasi iradəyə malik olan Ulu Öndər ölkəni xaos və vətəndaş qarşıdurmasından çıxarmağa, müasir dövlətçiliyin sarsılmaz təməlini qoymağa nail oldu. Məhz Ümummilli Lider Heydər Əliyev ilk Cümhuriyyətin Üçrəngli Bayrağını əvvəlcə Naxçıvanda, daha sonra isə bütün Azərbaycanda rəsmi dövlət rəmzi elan edərək xalqın tarixi yaddaşını özünə qaytardı və azadlıq ideallarının varisliyini nümayiş etdirdi. Onun “Əsrin müqaviləsi” və güclü enerji diplomatiyasının yaradılması ilə möhkəmləndirilmiş uzaqgörən xarici siyasəti zəifləmiş respublikanı öz gələcəyini müstəqil şəkildə müəyyən etməyə qadir olan nüfuzlu bir geosiyasi subyektə çevirdi.

Bu dahi strategiya Prezident İlham Əliyevin siyasətində öz məntiqi və möhtəşəm davamını tapdı. İki onillik ərzində ölkədə bütün istiqamətlərdə - iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun qurulmasından tutmuş beynəlxalq arenada çevik və müstəqil ittifaqların formalaşdırılmasına qədər gərgin və sistemli iş aparıldı. Lakin bu siyasətin mütləq prioriteti hər zaman müdafiə qabiliyyətinin gücləndirilməsi və yeni nəsil ordunun yaradılması oldu. Silahlı Qüvvələrin modernləşdirilməsi, qətiyyətli diplomatik gedişlərlə birlikdə Azərbaycanı regionun şəriksiz liderinə çevirdi. Bu çoxillik hazırlıq tarixi ədalətin bərpası üçün möhkəm zəmin yaratdı. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnərək, təkcə Cənubi Qafqazın arealını yenidən formalaşdırmadı, həm də dünya siyasətində kök salmış “dondurulmuş münaqişələrin dəyişməzliyi” barədə stereotipləri darmadağın etdi.

Qırx dörd şanlı gündən ibarət müharibədə qazanılan bu zəfər və bütün əzəli torpaqlarımızda suverenliyin tam bərqərar olması rəhbərliyin dəmir iradəsi ilə Azərbaycan xalqının sarsılmaz ruhunun unikal vəhdəti sayəsində mümkün oldu. Ümummilli birliklə möhkəmlənən daxili ruh bu gün böyük bir quruculuq enerjisinə çevrilərək Azərbaycanın azad edilmiş ərazilərini dirçəldir, dağıdılmış şəhərləri gələcəyin innovativ mərkəzlərinə çevirir. Müstəqillik Gününü regional gündəliyi müəyyən edən, qlobal nəqliyyat və iqlim təşəbbüslərinin mərkəzinə çevrilmiş güclü və qalib bir dövlət kimi qarşılayan ölkəmiz 1918-ci ilin ideallarının tam mənada həyata keçdiyini sübut edir. Müasir Azərbaycan öz suverenliyinin keşiyində məğrurcasına dayanaraq, bütün dünyaya Prezident İlham Əliyevin bəyanatında ifadə olunan sarsılmaz inamı nümayiş etdirir: “Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri