196 ölkədə “Qırmızı bülleten”lə axtarılan azərbaycanlı İstanbulda saxlanıldı
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İnterpol tərəfindən 196 ölkədə "Qırmızı bülleten”lə axtarılan və qızıl qaçaqmalçılığı ilə məşğul olduğu deyilən İnqilab Babayev İstanbulda keçirilən əməliyyat zamanı ələ keçirilib.
Qaynarinfo NTV-yə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi əməkdaşlarının apardığı əməliyyatlar çərçivəsində, "mütəşəkkil şəkildə qiymətli zinət əşyalarının qaçaqmalçılığı" cinayətində təqsirli bilinən və beynəlxalq səviyyədə axtarılan İnqılab Babayev uzun müddətdir axtarışda olub.
2024-cü ildə İstanbul Hava Limanında baş verən hadisə zamanı polis şübhələndiyi iki təhlükəsizlik əməkdaşını yoxlayıb, aparılan axtarış nəticəsində onların bel hissəsinə gizlədilmiş 16 kiloqram ağırlığında 32 külçə qızıl aşkarlanmışdı. Dubaydan gətirildiyi müəyyən edilən qızıllarla bağlı aparılan istintaq çərçivəsində yeddi nəfər saxlanılmışdı.
Hadisənin təşkilatçısı olduğu müəyyən edilən və İnterpol tərəfindən axtarılan İnqilab Babayev isə olaydan sonra qaçmağı bacarmışdı.
Aparılan araşdırmalar nəticəsində Babayevin bir müddət əvvəl ailəsini İstanbula çağırdığı müəyyən edilib. Ailəsinin şəhərə gəlməsindən sonra polis onun izinə düşüb.
Şübhəlinin Eyüpsultanda yerləşən bir rezidensiyada gizləndiyi müəyyən edilib və xüsusi təyinatlı polis qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Gözaltına alınan Babayev istintaqdan sonra məhkəməyə çıxarılıb və həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 16 Aprel 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















