Icma.az
close
up
RU
1967 dən 2025 ə: İsrail yenidən Qəzzaya qayıdır

1967 dən 2025 ə: İsrail yenidən Qəzzaya qayıdır

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin Qəzza zolağını tam hərbi nəzarətə götürmək planı beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Ölkə daxilində və xaricində bu addımın siyasi, humanitar və hüquqi nəticələri geniş şəkildə müzakirə olunur. Bəs İsrailin Qəzzanı tam nəzarətə götürməsi tarixdə ilk dəfə baş verən hadisə olacaqmı?

Sfera.az rəsmi məlumatlara əsasən xəbər verir ki, hazırda Qəzza ərazisinin təxminən 75–80%-i İsrailin faktiki hərbi nəzarətində olsa da, tam ələ keçirmə hələlik rəsmi olaraq elan edilməyib.

İsrail bundan əvvəl də Qəzzanı bir dəfə ələ keçirib. 1967-ci ildə baş verən “Altı Günlük Müharibə” zamanı İsrail Qəzza zolağını ələ keçirmişdi və 2005-ci ilə qədər bölgədə həm hərbi, həm də mülki nəzarəti əlində saxlamışdı. Bu dövrdə İsrail bölgədə yəhudi məskənləri salmış, hərbi postlar qurmuş və bölgəni tam idarə etmişdi.

2005-ci ildə isə İsrail hökuməti birtərəfli qaydada Qəzzadan geri çəkilmə qərarı aldı. Həmin ildən etibarən bölgədəki bütün yəhudi məskənləri söküldü və hərbi qüvvələr geri çəkildi. Lakin bu, İsrailin Qəzzaya olan nəzarətini tamamilə itirməsi demək deyildi.

2007-ci ildən sonra bölgədə HƏMAS-ın hakimiyyətə gəlməsi ilə İsrail Qəzzaya qarşı ciddi hava, dəniz və quru blokadası tətbiq etməyə başladı. Beynəlxalq hüquq ekspertlərinin bir çoxu bu vəziyyəti “effektiv işğal” kimi qiymətləndirir.

BMT və digər beynəlxalq qurumlar bildirir ki, Qəzzanın hava məkanı, sərhəd keçidləri və dəniz yolu üzərində İsrailin tam nəzarəti davam edir. 2024-cü ildə Beynəlxalq Ədalət Məhkəsi də bu məsələyə dair rəy verərək İsrailin Qəzzada hələ də işğalçı statusunda olduğunu bildirmişdi.

İsrailin yeni planı bölgədə 2005-ci ildən bu yana ilk dəfə fiziki olaraq hərbi və inzibati hakimiyyətin bərpası anlamına gəlir. Bu isə humanitar böhranın dərinləşməsi, yüz minlərlə insanın həyatına təsir göstərməsi və beynəlxalq hüquqi mübahisələrin artması ilə nəticələnə bilər.

ABŞ və Avropa İttifaqı da daxil olmaqla bir sıra beynəlxalq aktorlar İsrailin bu planına qarşı çıxır. Onlar bölgədə mülki əhalinin müdafiəsinin təmin olunmadığını və daimi hərbi işğalın Yaxın Şərqdə sülh perspektivlərini daha da zəiflədəcəyini bildirirlər.

Nəticə olaraq, İsrailin Qəzzanı tam nəzarətə götürmək planı 1967–2005-ci illər arasındakı tarixi işğalın yeni formatda bərpası kimi qiymətləndirilə bilər. Lakin bu dəfə həm daxildə, həm də beynəlxalq aləmdə daha böyük müqavimət və narahatlıqla qarşılanır.

Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Avqust 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri