Icma.az
close
up
RU
197 il sonra ilk yaşandı Rusiya və İran Azərbaycanda bunu təkrarladı KONKRET

197 il sonra ilk yaşandı Rusiya və İran Azərbaycanda bunu təkrarladı KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı amansız zorakılıqla yanaşı, İran da ölkəmizlə bağlı əsassız ittihamlar səsləndirir. Belə ki, rəsmi Tehrana bağlı media orqanlarında, telekanallarda Azərbaycanın guya İsrailə öz hava məkanından istifadəyə icazə verdiyinə dair absurd iddialar yer alıb. Rusiya və İranın eyni anda Azərbaycana təzyiq etməyə çalışması diqqət çəkir. Demək olar ki, 1828-ci ildən sonra ilk dəfə Azərbaycan eyni anda hər iki ölkənin təzyiq hədəfindədir.

Bu paralel təzyiqlərin bir-biri ilə əlaqəsi varmı? Moskva və Tehran bu siyasətə niyə start verib?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycan gücləndikcə ona qarşı təzyiqlərin də artacağı aydın idi:

“Bu təzyiqlərin əsasən yaxın qonşulardan – İran və Rusiyadan gələcəyi gözlənilən idi. Çünki hər iki ölkə uzun illər Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına dəstək verib. Məhz Rusiyanın hərbi yardımı və silahları sayəsində Ermənistan torpaqlarımızı işğal edib. İran isə həm siyasi, həm hərbi, həm də iqtisadi dəstək verərək Ermənistanın ayaqda qalmasına kömək edib. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bu ölkələrin bölgədə təzyiq siyasətini davam etdirdiyini gördük. Son zamanlarda bu təzyiqlər daha da güclənib. İran 2021-ci ildən etibarən açıq təhdidlərə başlayıb, sərhədlərimizdə hərbi təlimlər keçirib.

Müdafiə sistemi niyə zəifdir?

Gərgin münasibətlər müəyyən qədər sabitləşsə də, İran Prezidenti Məsud Pezeşkianın bu ilin aprelində Bakıya səfəri müəyyən ümidlər yaratmışdı ki, münasibətlər normallaşacaq. Lakin İsrail-İran gərginliyindən sonra rəsmi Tehran yenidən Azərbaycana qarşı təxribatçı ritorikaya qayıtdı. İranın dövlətə bağlı media resurslarında, sosial şəbəkələrdə Azərbaycana qarşı əsassız təbliğat kampaniyası başlandı. Guya İsrail Azərbaycanın hava məkanından istifadə edərək İrana hücum edib. Bu iddialar tamamilə əsassız və iftira xarakterlidir. Əslində, İran cəmiyyətində yaranan suallardan – niyə hava məkanı bağlanmayıb, niyə müdafiə sistemi zəifdir – yayınmaq üçün xarici düşmən obrazı axtarılır və bu məqsədlə hədəf olaraq Azərbaycan seçilir”.

Politoloq əlavə edib ki, son 6 ayda Rusiyanın da Azərbaycana qarşı təzyiq siyasətini gücləndirdiyini görürük:

“Azərbaycan hərbi təyyarəsinin vurulmasından sonra Milli Məclisin üzvü Azər Badamovun Rusiyadan deportasiyası, Yekaterinburqda baş verən hadisələr – bütün bunlar Rusiyanın dostluq niyyətində olmadığını göstərir. Rusiya Azərbaycanın müstəqil siyasətinə dözə bilmir və ölkəmizi öz təsir dairəsinə qaytarmaq istəyir. Biz əvvəldən qeyd edirdik ki, Ukrayna müharibəsindən sonra əl-qolu azadlaşan Rusiya ilk növbədə Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkəyə təzyiqləri artıracaq. Azərbaycan isə artıq beynəlxalq standartlara cavab verən orduya və təhlükəsizlik sisteminə malikdir. Ona görə də Rusiya bu müstəqilliyə qarşı qısqanclıqla yanaşır.

Zəngəzur dəhlizi üçün güc tətbiqi…

Bu gün biz həm Rusiya, həm İran tərəfindən paralel təzyiqlərlə üz-üzəyik. Bütün bu təzyiqlərin səbəbi Azərbaycanın Zəngəzur dəhlizi məsələsində güc tətbiq etməməsi, bu mövzunun sülh gündəliyindən kənarda saxlanması, Türkiyə ilə yaxınlaşması və regionda söz sahibi olmasıdır. Bu reallığı Rusiya və İran qəbul edə bilmir. Rusiyada son cinayətlər, islamofob, şovinist və faşist çağırışlarla müşayiət olunan hadisələr də göstərir ki, bu ölkənin dövlət idarəçiliyi belə düşüncə üzərində qurulub. Bütün bu təzyiqlərə baxmayaraq, əminəm ki, Azərbaycan heç vaxt müstəqilliyindən və suverenliyindən güzəştə getməyəcək, kimdən gəlməsindən asılı olmayaraq bu təzyiqlərə layiqli cavab verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 İyun 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri