Icma.az
close
up
RU
1977 ci ildə qeydə alınmış sirli “Wow!” siqnalı yenidən araşdırılıb

1977 ci ildə qeydə alınmış sirli “Wow!” siqnalı yenidən araşdırılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 avqust, AZƏRTAC

Elm tarixində ən müəmmalı radiosiqnallardan biri sayılan məşhur “Wow!” 1977-ci ildə Ohayodakı “Big Ear” radioteleskopu tərəfindən qeydə alınmışdı. Bu siqnal yenidən diqqət mərkəzinə gəlib. Beynəlxalq tədqiqatçılar qrupu ilk dəfə olaraq orijinal məlumatları ətraflı şəkildə kompüter analizi ilə araşdırıb və siqnalın əvvəl güman edildiyindən xeyli güclü olduğunu müəyyənləşdirib. AZƏRTAC xəbər verir ki, araşdırmanın preprinti (ilkin çapı) “arXiv” portalında dərc olunub.

Cəmi 72 saniyə davam edən “Wow!” siqnalı təsadüfən Yer kürəsindən kənarda zəka axtarışı proqramı (SETI) çərçivəsində aparılan müşahidələr zamanı qeydə alınmışdı. O, təxminən 1420 MHz tezliyində darzolaqlı radiosiqnal idi. Bu diapazon neytral hidrogenin şüalanmasına uyğun gəlir və “kosmik universal ünsiyyət kanalı” hesab olunur. Siqnal adını astronom Cerri Emanla bağlı əhvalatdan alıb. Belə ki, o, müşahidə qeydlərində fonun qeyri-adi artımını görəndə “Wow!” deyə bir qırağa yazmışdı. Həmin vaxtdan siqnal yadplanetli sivilizasiyaların axtarışının rəmzinə çevrilib.

Müasir texnologiyaların köməyi ilə alimlər 75 mindən çox arxiv müşahidəsi sənədini işləyərək siqnalın tezliyini 1420,4556 MHz-dən 1420,726 MHz-ə dəyişiblər. Yeni qiymətləndirməyə görə, siqnalın gücü əvvəlki 54–212 yan göstəriciləri ilə müqayisədə təxminən 250 yan olub. Bu, “Wow!” siqnalını astronomların indiyə qədər qeydə aldıqları ən güclü radiosiqnallardan birinə çevirir.

Tədqiqatçılar siqnalın texnogen mənşəli olması ehtimalını istisna ediblər, belə ki, yaxınlıqda televiziya stansiyaları fəaliyyət göstərməyib, orbitdə peyklər olmayıb, Ay isə Yer kürəsinin digər tərəfində olub. Ən mümkün mənbə kimi neytral hidrogen buludu göstərilir. Lakin indiyədək məlum olan heç bir bulud bu qədər güclü siqnal yaymayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri