Icma.az
close
up
RU
1994 cü ilə qədər nəsli tükənmiş sayılırdı Dünyanın ən nadir ağacı

1994 cü ilə qədər nəsli tükənmiş sayılırdı Dünyanın ən nadir ağacı

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Avstraliyanın Vollemey Milli Parkında dünyanın ən nadir və ən qədim ağaclarından biri olan Vollemeya nəcib (Wollemia nobilis) bitir. Onun dəqiq yerləşdiyi ərazi möhkəm qorunan bir sirr olaraq saxlanılır.

Qayanrinfo xəbər verir ki, bu unikal ağac haqqında Ratqers Universitetinin təkamül biologiyası üzrə mütəxəssisi Skott Trevers "Forbes" nəşrinə yazdığı məqalədə məlumat verib.

1994-cü ildə təsadüfən kəşf edildi

Vollemeya nəcib araukariyalılar fəsiləsinə aid olub, 200 milyon illik tarixə malikdir. Uzun illər ərzində bu ağacın nəsli tükənmiş hesab edilirdi. Lakin 1994-cü ildə təsadüfən aşkar edilib.

Treversin sözlərinə görə, Vollemeya nəcibin təbiətdə yalnız bir neçə nümunəsi qalmaqdadır. Onların qorunması üçün daimi nəzarət sistemi yaradılıb. Bu ağacları görməyə icazə verilən şəxslər xüsusi dezinfeksiya prosedurlarından keçməlidirlər ki, bitkilərin mühafizəsi təmin edilsin.

Bu unikal ağac Yeni Cənubi Uels Milli Parklar və Vəhşi Təbiət Xidmətinin sahə zabiti Devid Nobl tərəfindən 1994-cü ildə kəşf edilib. O, Vollemey Milli Parkının sıx bitki örtüyü olan dar dərələrindən birində səyahət edərkən məşhur bitkilərə bənzəməyən bir ağac görüb.

Nobl bu ağacın nümunələrini ekspertizaya təqdim edib. Nəticədə, bütün əsrin ən sensasiyalı botanik kəşflərindən biri baş verib. Alimlər bu ağacın tamamilə yeni bir növ olduğunu və onun yaxın qohumlarının Yura dövrünə aid olduğunu təsdiqləyiblər.

Beynəlxalq mühafizə səyləri

Tədqiqatçılar bu ağacın vəhşi təbiətdə yalnız az sayda nümunəsinin qaldığını müəyyən etdikdən sonra, onun qorunması üçün xüsusi tədbirlər görüblər.

Bütün mühafizə tədbirlərinə baxmayaraq, Vollemeya nəcib nadir bitkilərin qorunmasının rəmzinə çevrilib. Bioloq qeyd edir ki, bu ağacın tingləri Sidney Kral Botanika Bağı, Londonun Kyu Bağları və digər beynəlxalq səviyyədə qorunan obyektlərdə əkilib.

2005-ci ildən etibarən Vollemeya nəcib kommersiya məqsədilə satışa çıxarılıb. Bu isə fərdi şəxslərə və təşkilatlara bu nadir ağaca sahib olmağa imkan yaradıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Fevral 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see229

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see204

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see204

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see149

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri