Icma.az
close
up
RU
1995 ci ildə Qarabağ ın prezidenti nə demişdisə, gerçək oldu VİDEO FOTO

1995 ci ildə Qarabağ ın prezidenti nə demişdisə, gerçək oldu VİDEO FOTO

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Qarabağ" Futbol Klubunun taleyi həm faciə, həm də misilsiz əzmkarlığın simvolu kimi yadda qalır.

Milli.Az xəbər verir ki, 1993-cü ildə Ağdam işğal edildikdən sonra komandaya doğma şəhərini tərk edib Sumqayıtda məskunlaşmaqdan başqa yol qalmamışdı. Həmin dövrdə klub son dərəcə ağır şəraitdə, infrastrukturu zəif olan stadionda oyunlarını keçirməyə məcbur idi.

O illərdə klubun prezidenti olmuş Adil Nadirov (məşhur futbolçu Vüqar Nadirovun əmisi) çətin maliyyə vəziyyətinə baxmayaraq meydanı tərk etmədiklərini, "Qarabağ"ın bir gün yenidən ayağa qalxacağına və Avropada Azərbaycan futbolunun ən yaxşı nəticələrinə imza atacağına inandığını deyirdi.

Bu inam illər sonra öz təsdiqini tapdı. 2017-ci ildə "Qarabağ" "Kopenhagen"i pley-off mərhələsində mübarizədən kənarlaşdıraraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu oldu.

Uğurlar bununla bitmədi. 2025-ci ildə komanda yenidən bu tarixi nailiyyəti təkrarlayaraq Çempionlar Liqasında qazandığı qələbə və bərabərliklər, eləcə də seçmə və pley-off oyunlarından ümumilikdə 28.67 milyon avro (təxminən 55 milyon manat) gəlir əldə etdi. Bu göstərici Azərbaycan futbolunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Bakı Media Mərkəzi, "Salnaməfilm" studiyası və İctimai Televiziyanın birgə istehsalı olan "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filmi də məhz bu tarixi yolu işıqlandırır.

Filmin "İkinci nəfəs" adlanan ikinci bölümü isə klubun Azərbaycan futbolu tarixində ilk beynəlxalq qələbəsini necə qazandığını əks etdirir. Bu ekran işi "Qarabağ"ın keçdiyi çətin, lakin qürurverici yolun tamaşaçılara çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Hüseyn
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Dekabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri