Icma.az
close
up
RU
1998 də Xəzər dənizdə heyrətamiz tapıntı: həqiqət gizlədildi

1998 də Xəzər dənizdə heyrətamiz tapıntı: həqiqət gizlədildi

Icma.az bildirir, Axar.az portalına istinadən.

Dəniz qüvvələrin zabiti və okeanoqrafiya tədqiqatçısı Jak-İv Kusto 11 iyun 1910-cu ildə Sent-Andre-de-Kubzakda anadan olub. Ümumilikdə 150-yə yaxın sənədli film çəkib. O, bu filmlərdə dəniz ekosistemlərin müxtəlifliyi, gözəlliyi və kövrəkliyini göstərir. Onun məqsədi okeanların qorunmasının zəruriliyi haqqında insanları maarifləndirmək idi.

1960-cı illərdə Kusto Leninqrad Hidrometeorologiya İnstitutunun Okeanologiya şöbəsinin sualtı tədqiqat laboratoriyasının alimləri və Nereus tədqiqat gəmisinin əməkdaşları ilə görüşən zaman Xəzər dənizi və onun barəsində yayılan mifləri araşdırmaq planını açıqlayır.

Lakin onun araşdırmaq planı yalnız 1998-ci ildə həyata keçirilir. 1998-ci ilin yayın ortalarında əfsanəvi Jak-İv Kustonun ekipajı bu dənizin flora və faunası haqqında film çəkmək üçün Xəzər dənizinə gedirdi. Bu zaman Kusto özü həyatda yox idi, lakin onun əlyazmaları və qeydləri əsasında komanda dənizdə araşdırlamalara başladı.

Okeanoqraf Petr Buxaritsinin sözlərinə görə, səfərin əsas məqsədi Xəzər dənizindəki nərə balığı problemlərinə və o zamanlar Xəzər hövzəsində yaranmış ekoloji vəziyyətə (xüsusən də karbohidrogen ehtiyatlarının qorunması probleminə) həsr olunmuş “Kusto komandasının sualtı odisseyası” filminin son seriyasını çəkmək olub. Tədqiqat UNESKO-nun sifarişi ilə aparılıb.

1998-ci ildə üç ay ərzində “Alcyone” gəmisində Kustonun komandası Xəzər dənizində sualtı çəkilişlər aparıb.

Qeydlərə görə, bu, Kusto komandasının görünən tərəfi idi, onların əsas məqsədi Makedoniyalı İsgəndərin xəzinəsinin tapılması ilə yanaşı, dənizdə görünməsi barədə məlumatlar olan qeyri-adi varlıqları öyrənmək üçün növbəti cəhd idi.

1998-ci ildə Kusto komandası qum qatının altında təxminən 60 metr dərinlikdə Makedoniyalı İsgəndər dövrünə aid yaşayış məskəninin qalıqlarını aşkar etdi. Bu yaşayış məskəni haqqında Herodot yazmış və A.Bakıxanov daha sonra buna istinad etmişdi.

Kusto komandası su altında qalmış üç şəhərin qalıqlarını aşkar edib: ikisi Abşeronun dayazlıqlarında, üçüncüsü isə Kür çayının Xəzərə töküldüyü yerdə.

Bu barədə məlumat daxil olan kimi onun komandasına təzyiqlər başlanır və araşdırmalara maneələr törədilir. Xəzinə və qədim şəhər qalıqları ilə yanaşı Kusto komandasının əldə etdiyi dənizdə olan qeyri-adi varlıqlar barədə sübutlar onlara qarşı maneələrə səbəb olan digər səbəb idi. Gəmidən “Zodiak” şişmə qayığını və yapon motorunu oğurlayırlar və bütün vasitələrlə ona səddlər yaradırlar.

Adil Korzabayev adlı araşdırmaçı qeyd edir ki, 1998-ci ildə dünya şöhrətli dərin dəniz tədqiqatçısı Jak-İv Kusto komandası dənizdə olan varlıqları araşdırmaq üçün Xəzər dənizinə gəlmişdi.

1980-ci illərdən Xəzər dənizindən qəribə varlıqların sahilə çıxması və gəmiçilərə, balıqçılara görsənməsi barədə informasiya Sovet təhlükəsizlik xidmətinə daxil olurdu və bunu araşdırmaq üçün Kusto komandası üç ay ərzində Xəzər dənizində araşdırma aparırdı (Bu barədə BURADA - https://axar.az/news/layiheler/828681.html)

Rəsmi olaraq Jak-İv Kusto komandası öz ekspedisiyasını uğursuz elan etdi. Lakin məlumdur ki, Kusto sağlığında öz heyətinə sirri saxlamağa and içdirib və ekspedisiyanın bütün video görüntülərini gizli saxlamağı vəsiyyət edib.

O dövrün şahidlərinin qeydlərinə görə, Kusto komandası, görünür, qədim şəhəri və orda yaşayan varlıqları tapıb, lakin bu məlumatı gizli saxlamağa üstünlük verib.

Kusto komandasından sonra dünyanın hər yerindən başqa komandalar meydana çıxmağa başladı. Onlar qayıq icarəyə götürdülər və üç-dörd dalğıc körfəzin dibini daradılar, hətta 2002-ci ildə Salyan yaxınlığında nələrsə tapmağa cəhd etdilər...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Oktyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri