Icma.az
close
up
RU
2 ayda qeyri neft ixracı 485 milyon dollara çatıb

2 ayda qeyri neft ixracı 485 milyon dollara çatıb

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) məlumatına əsasən, cari ilin ilk iki ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 485 milyon ABŞ dolları olub. Bu dövrdə yeyinti məhsullarının ixracı 12,3 faiz çoxalaraq 153,9 milyon dollara yüksəlib.

Hesabat dövründə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66,9 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47 faiz, alkoqollu və alkoqolsuz içkilər 10,2 faiz, kimya sənayesi məhsulları 30 faiz, çay 21,3 faiz, alüminium və ondan hazırlanan məmulatlar isə 2,8 faiz artıb.

Bu ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9,5 faiz artaraq 119,7 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı 17,7 faiz artaraq 43 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6 faiz artaraq 162,8 milyon dollara yüksəlib. Bu dövrdə ixraca yönəldilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (40,2 milyon dollar) birinci, karbamid (36 milyon dollar) ikinci, xurma (30,5 milyon dollar) isə üçüncü yerdə qeydə alınıb.

İİTKM-nin məlumatına görə, cari ilin ilk iki ayında Rusiya Federasiyasına 150,8 milyon dollar, Türkiyəyə 82,8 milyon dollar, Gürcüstana 52,9 milyon dollar, İsveçrəyə 43,6 milyon dollar, Ukraynaya 41,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Onu da deyək ki, hesabat dövrü üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “MKT İstehsalat Kommersiya”, “LEPIN LM” məhdud məsuliyyətli cəmiyyətləri, “Baku Steel Company”, “Export Stream”, “Avrora”, “Sahdag Sy”, “6LSYSTEMS”,”Agrarco” və “KHANEL” şirkətləri təmsil olunublar:

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus müəssisələrin siyahısında isə birinci yerdə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qərarlaşıb. Daha sonra bu siyahıda “SOCAR Polymer”, “Azəralüminium”, “AzerGold” müəssisələri, Qaz İxrac İdarəsi,”Azərpambiq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yollari” QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Qaradağ Şüşə Zavodu” ASC yer alıb.

Hesabat dövründə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 37 ölkəsinə 2,7 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Qurumun bu sahədən gəliri isə onun ümumi gəlirinin 66 faizinə çatıb. Onu da qeyd edək ki, bu müddətdə respublikamız 37 ölkədən 90-a yaxın şirkətə peyk telekommunikasiya xidmətləri həyata keçirib. Xidmət ixrac olunan ölkələr arasında isə Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Misir, Türkiyə və Pakistan böyük pay sahibi kimi qeydə alınıb.

İxrac əməliyyatlarında diqqətçəkən bu uğurlu göstəriciləri bir sıra amillər şərtləndirir. Məsələn, respublikada ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.

Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.

Bütün bunlarla bərabər, respublikamızda prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasəti aparılır, makroiqtisadi və büdcə dayanıqlığının reallaşdırılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsinə xüsusi əhəmiyyət verilir. Məhz bütün bunların nəticəsidir ki, hazırda qeyri-neft-qaz sənayesində artım neft–qaz sektorundakı artımı üstələyir.

Mövcud sahədə əlavə dəyərin 7 faizə yaxın artması, ümumi halda isə qeyri–neft sektorunda 3 faizdən çox artım müşahidə olunması, həmçinin 2003-cü ildən başlayaraq, ötən zaman ərzində reallaşdırılan strategiya sayəsində milli iqtisadiyyatın real xərcinin, təqribən, 4 dəfə, ixracın 15,6 dəfə yüksəlməsi, iqtisadiyyatın orta artım tempinin dünya üzrə orta səviyyədən 4 faiz çox olması bunun parlaq ifadəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri