Icma.az
close
up
RU
2 aylıq maaşını ala bilmədiyindən şikayətlənir Bəs, Bakı klubu nə deyir?

2 aylıq maaşını ala bilmədiyindən şikayətlənir Bəs, Bakı klubu nə deyir?

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Belaruslu futbolçu Nikita Tarbyakov 2024/25 mövsümün birinci yarısında Azərbaycanın 1-ci liqa təmsilçisi “Baku Sportinq”də oynayıb. 4 ay sonra isə o, klubu tərk edib. 22 yaşlı mərkəz müdafiəçisi indi ölkəsinin “Lida” klubunun formasını geyinir.

QOL.az xəbər verir ki, Terbyakov Belarusun football.by saytına açıqlamasında “Baku Sportinq”dən narazılığını bildirib, klubun ona 2 aylıq borcu ödəmədiyini iddia edib.

O, “Baku Sportinq”də uzun müddət qala bilməməsinin səbəblərinə toxunarkən deyib:  “Açıq və səmimi danışsaq, “Baku Sportinq” mənimlə düzgün davranmadı. Klub mənə məlum olmayan səbəblərdən Azərbaycanda leqallaşma məsələmi həll edə bilmədi. Buna görə də ilk dövrənin bitməsinə üç tur qalmış Bakıdan ayrılmaq məcburiyyətində qaldım. Çünki miqrasiya xidməti ilə ciddi problemlər yaşamamaq üçün risk etmədim.

Maraqlıdır ki, hava limanında yeni bir problem ortaya çıxdı. Klub mənim müvəqqəti qeydiyyatımı vaxtında etməmişdi, buna görə də 600 Belarus rublundan çox məbləğdə (təqribən 310 manat - red.) cərimə ödədim. Bu azmış kimi, “Baku Sportinq” mənə iki aylıq maaşı da ödəmədi. Klub rəhbərliyi daima vədlər verirdi, amma kartıma heç bir ödəniş gəlmədi. Nəticədə, əməkdaşlığımızı dayandırmaq məcburiyyətində qaldım”.

Məsələ ilə bağlı “Baku Sportinq”in də mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Araz Əhmədov QOL.az saytına klubun ona hər hansı borcunun olmadığını bildirib:

“Əvvəlcə onu deyim ki, Tarbyakovun bizim klubumuza gəlməsi ləngidi. Yəni bizim sərəncamımızda vaxtından 8-9 gün sonra oldu. Bildiyiniz kimi, legioner futbolçunun oynaması üçün Peşəkar Futbol Liqasına ödənilməli olan məbləğ var. 5 min manat ödənməli idi. Futbolçunun anlaşdığı menecer var ki, həmin məbləği ödəyəcəklərini bildirmişdilər. Təəssüf ki, futbolçu kluba gəlib məşqlərə başlayandan sonra həmin menecer bundan imtina etdi. 

O ki qaldı iki aylıq maaşa, əlsində Nikita bizim klubda 1-ci liqada debut belə etməyib. Biz onun menecerinin imtina etdiyi sənədləri yoluna qoymaq üçün xeyli vaxt və maliyyə sərf etdik. Daha sonra məlum oldu ki, futbolçunun Belarusdan bura gələrək qalma müddəti də bitib. Nikita artıq öz meneceri ilə danışdı ki, burda qalmaq istəmir, ən azından Belarusda yeni bir klubla anlaşa bilər. Bizimlə danışığı belə oldu. Biz isə onun sərbəst qalmaq sənədini verdik. Bu işdə heç bir problem yaratmadıq.

O, Belarusun  “Lida” klubu anlaşıb. Onlara məktub yazmışıq ki, Nikitaya qarşı heç bir iddiamız yoxdur. Məsələ ondadır ki, Nikita burda olduğu müddətdə ancaq onun sənədləri ilə məşğul olmuşuq. O, heç bir rəsmi oyunda meydana çıxmayıb. Futbolçu həmin dövr üçün olan maaşı deyir. Amma həmin vaxt futbolçu ilə müqavilə imzalanmamışdı. Müqavilə olsa idi, təbii ki, biz buna əmək edərdik. Amma futbolçu faktiki olaraq oynamayıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qol.az
archiveBu xəbər 02 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri