2 ci Liqa komandasının əlindən sonda qurtulan İmişli nin baş məşqçisi nə danışdı?
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
“İmişli”nin baş məşqçisi Jorje Kaşkilya Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində 2-ci Liqa komandası “Qaradağ Lökbatan”la dramatik oyundan (3:2) sonra klubun mətbuat xidmətinə açıqlama verib
Fanat.Az-ın məlumatına görə, 90+6-cı dəqiqədə vurulan qələbə qoluna sevinən portuqaliyalı belə danışıb
“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı və oyunun əvvəllərində iki real qol vəziyyəti yaratdı. Rəqib isə çox şübhəli penalti qərarından sonra hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumağa çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı. İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Bir müddət sanki top rəqib qapısına daxil olmaq istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 29 Oktyabr 2025 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















