Icma.az
close
up
RU
2 milyon dollar və 28 kq qızıla dəyişdirilən 775 nömrəli sərəncam

2 milyon dollar və 28 kq qızıla dəyişdirilən 775 nömrəli sərəncam

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

1990-cı illərin əvvəli çox da uzaq tarix deyil – orta yaşlı insanlarımız bu tarixi yaşayıb və həmin dönəmdə baş verənləri də yaxşı xatırlayırlar. Yenicə müstəqllik əldə etmiş ölkədə cərəyan edən siyasi çəkişmələr, AXC-Müsavat qruplaşmasının hakimiyyət hərisliyindən doğan xəyanətlər, hətta bu qruplaşmanın içindəki kiçik dəstələrin "əyalət qubernatoru" olmaq həvəsi, ayrı-ayrı regionları özününküləşdirmək cəhdi unudulmayıb. Ayrı - ayrı funksionerlərin adları ilə "adlandırılan" "batalyonlar" məhz "adını daşıdığı" şəxslərin lokal maraqlarını təmsl edir, Qarabağ uğrunda deyil, məhz həmin maraqlar uğrunda savaşırdı. 

Maraqlıdır ki, mərkəzdə də proses eyni plan üzrə, amma fərqli trayektoriyada inkişaf edirdi. Əksər AXC-Müsavat kadrları oturduqları kreslodan yalnız talançılıq məqsədi ilə istifadə edir, əllərinə düşmüş fürsəti dəyərləndirməyə çalışırdları. Bunu özləri etiraf edirdilər – Əbülfəz Elçibəyin iştirakı ilə keçirilmiş toplantının kadrları söylənilənlərin bariz sübutudur. Orada Elçibəy özü etiraf edir ki, respublikada rüşvət baş götürüb gedir, talan baş alıb gedir. 

Amma bəzi keçmiş AXC-Müsavat hakimiyyətinin nümayəndələri elə bilirlər ki, onların hakimiyyət dövrü zaman etibarı ilə uzaqlaşdıqca həqiqətlər də yaddan çıxıb gedir. Məsələn, 1992-ci ilin mayında Azərbaycan Respublikasının Ali Sovetinin sədri olmuş İsa Qəmbər bu günlərdə internet resurslarında iddia edir ki, guya onların hakimiyyəti zamanı rüşvət alınmayıb, bununla bağlı tutarlı əsas da yoxdur. Amma ovaxtkı Ali Sovet, bugünki "Müsavat" sədri unudur ki, əlahəzrət fakt deyilən bir nəsnə var. Söhbət vaxtlə 2 milyon dollar və 28 kiloqram qızıl alıb verilən sərəncamın geri götürülməsindən gedir.  1992-ci ilin mayın 22-də Ə.M.Mustafayevin "Xalq üçün mallar" konserni idarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə " 775 saylı sərəncam verən" İsa Qəmbər 5 gündən sonra 799 saylı sərəncamla öz əvvəlki sərəncamını geri götürüb. Bu, idarəçilik tarixində görünməmiş hal idi – sərəncamın geri götürülməsinin səbəbi isə…

Bəli, İsa Qəmbər illərdir ki, bu ittihamdan yayınır, qaçır. Amma hesab etməməlidir ki, ötən 32 illik zaman bu həqiqətin və faktın üstünə kölgə salır – yox. Faktlar hər zaman həqiqətin işığında öz aktuallığını qoruyur. 

MƏNSUR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Noyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri