Icma.az
close
up
RU
2 min 500 yaşlı Babur şəhəri

2 min 500 yaşlı Babur şəhəri

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əndican 2026-cı ildə Türk dünyasının mədəniyyət paytaxtı olacaq

Türk xalqları arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr genişlənir. Budəfəki söhbətimiz qardaş toplumları bir-birinə bağlayan “mədəniyyət körpüsü” – TÜRKSOY-un təşəbbüsü ilə uğurla həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi barədədir.

TÜRKSOY-un Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım qurumun bu günlərdə Aktauda keçirilən 42-ci məclisində vurğulayıb ki, bu gün türk xalqlarının yaşadığı böyük bir coğrafi məkanda inşa edilən yollar, körpülər, limanlar gözlə görünən maddi əsərlərdir, amma mədəniyyətlər hər bir xalqın, millətin həm dünənini, həm də sabahını özündə ehtiva edir.

Görkəmli ziyalımız Xudu Məmmədov hesab edirdi ki, yeniyetmə və gəncləri yeri gəldi–gəlmədi türkçü, vətənpərvər olmağa səsləməyə ehtiyac yoxdur: “Biz Vətəni gənclərimizə yaxından tanıtsaq, özləri bu torpağa, milli dəyərlərə sahib çıxacaqlar”. Xoşbəxtlikdən, TÜRKSOY və digər bu qəbildən olan qurumlar son illər türk xalqlarının birlik və həmrəyliyini gücləndirmək naminə bir çox dəyərli layihələr icra edirlər.

Qazaxıstanın Aktau şəhəri 2025-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını başa çatdırmaq üzrədir. Bununla bağlı bu günlərdə “Aktau Xalq Sarayı”nda keçirilən bağlanış toplantısında çıxış edən Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva bildirib ki, bu layihə çərçivəsində ilboyu türk dünyasının teatr və opera tamaşaları, yeni kinofilmləri uğurla nümayiş olunub, türkdilli xalqların tətbiqi sənət və folklor nümunələri və s. sərgilənib.

Yeri gəlmişkən, Türk Dövlətləri Təşkilatının (TDT) mədəniyyət nazirləri Aktauda Özbəkistanın Əndican şəhərini 2026-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan ediblər. Beləliklə, türkçülüyün 2025-ci ildə Aktauda alovlanan məşəli 2026-cı ildə Əndicanda gur şölə saçmaqda davam edəcək! Bəli, biz birlikdə daha güclüyük!

Aktauda təntənəli bağlanış mərasimində TÜRKSOY-un “Mədəniyyət paytaxtı bayrağı” tamaşaçıların gurultulu alqışları altında Əndican şəhərinin bələdiyyə başqanı Elyorbek Karimova təqdim edilib. Elyorbek bəy, öz növbəsində, fəxrlə bəyan edib ki, təkcə Əndican sakinləri deyil, bütün 37 milyonluq Özbəkistan bu yüksək etimaddan sonsuz qürur duyurlar və qardaş türk xalqlarının dostluq və həmrəylik əlaqələrinin güclənməsinə öz layiqli töhfələrini verməyə hazırdırlar.

Xatırladaq ki, Əndican şəhəri Özbəkistanın ən qədim şəhərlərindəndir. Qədim İpək Yolunun üzərində yerləşən şəhərin 2 min 500 yaşı olduğu ehtimal edilir. Əndican erkən və orta əsrlərdə regionun ən inkişaf etmiş şəhərlərindən olub. Buradan bir çox görkəmli elm və mədəniyyət xadimləri, irfan sahibləri çıxıb. Əndican Böyük Moğol İmperiyasının qurucusu Baburun doğulduğu şəhərdir. Özbəklər bu gün də bu faktı xüsusi vurğu ilə qeyd edirlər.

Təəssüf ki, Əndican ağır sınaqlarla da üzləşməli olub. 1902-ci ildə şəhərdə XX əsrin ən böyük zəlzələrindən biri baş verib. O dövrün sənədlərində qeyd olunur ki, zəlzələ o qədər güclü olub ki, torpaq, sanki, insanların ayaqları altından qaçırmış. 40 mindən çox bina dağılıb, minlərlə insan həlak olub. Amma XIII əsrdə inşa edilmiş 32 metr hündürlüyündə minarəli cümə məscidi salamat qalıb. Yerli sakinlər bunu uca Yaradanın şəhərin inanclı sakinlərinə mərhəməti və lütfü sayıblar.

Özbəkistan hökuməti hazırda Əndicanın abadlaşması və turizm mərkəzlərindən birinə çevrilməsi üçün çalışır. Şəhər, həqiqətən, inkişafının yeni mərhələsini yaşayır. Bu gün şəhərin çox sayda park və xiyabanlarını tər, təzə güllər, əlvan çiçəklər bəzəyir. Burada becərilən subtropik ağaclar və ekzotik bitkilər, hətta qış aylarında belə öz yaşıl libaslarını “soyunmur”. Əhalinin sayının isə artıq yarım milyona çatdığı bildirilir.

Qeyd edək ki, bu vaxta qədər “Türk dünyasının mədəniyyət paytaxtı” adını TDT-yə üzv ölkələrin 13 şəhəri daşıyıb. 2023-cü ildə milli mədəniyyətimizin tacı olan, gözəl və bənzərsiz Şuşa şəhəri “Türk mədəniyyəti paytaxtı” olub. Yadımdadır, həmin il bir yaz səhəri Şuşanı ziyarət edəndən sonra Bakıya qayıdan qazaxıstanlı şairə-publisist Nasiha Gumarqızı “Xalq qəzeti”nə verdiyi eksklüziv müsahibədə fəxrlə qeyd etdi ki, “Şuşanı həyatında bir dəfə görmək kifayət edər ki, onu ömrün boyu heç vaxt unutmayasan!”.

Şuşada böyük Üzeyirin, Natəvanın, Bülbülün ruhu yaşayır. Burada 5 il əvvəl igid Azərbaycan əsgər və zabitləri türkün “Çanaqqala” zəfərinə bənzər böyük bir qəhrəmanlıq dastanı yazıblar. Şuşa indi bütün türk dünyasının qürur mənbəyidir. Müstəqil türk dövlətləri öz istiqlal və suverenliklərini göz bəbəyi kimi qorumağa hazırdırlar. Azərbaycanın parlaq örnəyi hamını açıq və gizli bütün xarici təhdidləri dəf etməyə ruhlandırır.

Qarabağdan söz düşmüşkən, xatırladaq ki, bu il dekabrın 14-də Heydər Əliyev Mərkəzində açılışı olan Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi özbək qardaşlarımız tərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək. Bu günün reallığı budur: azad Qarabağın dirçəlib bərpa edilməsi üçün bütün türk xalqları öz səylərini əsirgəmirlər!

Böyük xalqlar böyük mədəniyyətlər, sivilizasiyalar yaradırlar. Bu, bir həqiqətdir ki, türk xalqları özlərinin mədəni inkişafının yeni intibah dövrünə qədəm basıblar. Türklərin heç bir ölkənin torpağında gözü yoxdur, əksinə, regiondakı bütün xalqlara dost kimi qucaq açmağa hazırdırlar.

Biz türklər deyirik: “Həyat ən müxtəlif dillərdə danışan, yaşayıb-yaratmaq haqqı olan bütün xalqların dostluğu, fərqli mədəniyyətlərin inteqrasiyası ilə gözəldir! Qoy, Yer kürəsinin hər bir guşəsində ölüm və fəlakətlər saçan silahlar birdəfəlik sussun, əbədi sülh və dostluq bərqərar olsun! Böyük Turandan boy verən yeni türk sivilizasiyasının bəşəriyyətə mesajı məhz budur!

Şahbaz ŞAMIOĞLU,
siyasi icmalçı, Bakı Slavyan Universitetinin professoru

– Qeyd edək ki, Azərbaycan, qazax, qırğız, özbək, türkmən, tatar, başqırd, bir sözlə, bütün türk xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi birləşdirir. Təqdirəlayiq haldır ki, bu gün türk xalqları mədəniyyətlərinin yaxınlaşmasına xidmət edən TÜRKSOY çərçivəsində münasibətlər dövlət başçılarımızın uzaqgörən siyasəti və şəxsi dostluqları sayəsində starateji müttəfiqlik zirvəsinə yüksəlib.

Əndican şəhərinin 2026-cı il üçün “Türk dünyası mədəniyyət paytaxtı” seçilməsi, əlbəttə, müsbət haldır. Türk xalqları tarix boyu 26 böyük dövlət və nəhəng imperiyalar qurublar. Türklər dünya sivilizaAsiyasına böyük töhfələr veriblər. Bu xalqların bir-birinə yaxınlaşaraq vahid bir güc mərkəzi yaratmaları bu təlatümlü dönəmdə hava, su kimi vacibdir.

Qeyd etmək lazımdır ki, Özbəkistan qədim və zəngin mədəniyyətə malikdir. Əhalisinin sayına görə, türk dövlətləri içərisində Türkiyədən sonra ikinci yerdədir. Özbəkistan TDT-nin aparıcı üzvüdür. Qurumun işində fəal iştirak edir. Prezident Şavkat Mirziyoyevin liderliyi ilə Özbəkistanın türk dövlətləri və xalqları ilə siyasi, iqtisadi, mədəni əlaqələri sürətlə genişlənir.

Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai dahi Nizami Gəncəvinin əsərlərindən ilham almış, Nizamini “şairlərin şahı” adlandırmışdır. O, Nizamiyə tamamilə layiq olduğu belə yüksək qiymət verirdi. Bu gün ədəbi, mədəni əlaqələrimiz də güclənir. Bu cəhət də alqışa layiqdir!

Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri