2 min manatdan lotereya oynadı Toplanan pulunu ona vermədilər
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Yevlaxda qeyri-adi dələduzluq hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayon sakinləri arasında aylıq 1000 manatdan lotereya oynayan şəxslərdən biri – 1993-cü il təvəllüdlü Devran İsmayılov (şərti) bütün pulları toplayaraq özünə götürüb.
Məsələ ilə bağlı polisə müraciət edildikdən sonra cinayət işi açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Devran Rusiyada yaşayan və tez-tez Yevlaxa gələn Nəsib adlı tanışını birgə lotereya oynamağa razı salıb. O, 14 nəfərin lotereyaya qoşulduğunu bildirib və tərəflər Nəsibin sonuncu olaraq lotereyanı götürməsinə razılaşıblar.
2 yerə, yəni 15-16-cı yerlərə lotereyada yer alan Nəsib 14 ay boyunca 28 min manatı Devrana göndərib. 14 ay tamam olduqdan sonra Nəsib öz növbəsində 2 dəfə 14000 manat olmaqla pul götürməli olub. Lakin Devran pulları ona verməyib.
Qarşı tərəfin şikayətindən sonra Devran həbs edilib. O, istintaq müddətində pulların 11 min manatını zərərçəkmiş tərəfə qaytarıb. Həmçinin müqavilə bağlayaraq 17 ay boyunca hər ay 1000 manat verməyi öhdəsinə götürüb.
Yevlax Rayon Məhkəməsi Devran İsmayılovu Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda zərər vurmaqla) maddəsi üzrə təqsirli bilib.
Ona 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 03 Fevral 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















